Nida.az
Elmar Məmmədyarov Gürcüstan prezidenti ilə görüşüb
Xarici işlər Naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi
səfəri çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə
görüşüb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb. G.Marqvelaşvili, öz növbəsində, səmimi salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
G.Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji
tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini
qeyd edib. İkitərəfli formatda olduğu kimi, ölkələrimizin
Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə
də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
E.Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat
layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə,
inkişafına və regional çiçəklənməyə xidmət etdiyini
bildirib.
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin ölkələrimizin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən nazir bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb.
O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının
əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına
qarşılıqlı dəstək ifadə olunub.
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...