Nida.az
Azay Quliyev: “Olduqca həssas bir dönəmdə yaşayırıq”
“Hazırda biz ATƏT regionunda sülhün və təhlükəsizliyin qorunması baxımından olduqca həssas bir dönəmdə yaşayırıq. ATƏT ərazisində bizi narahat edən münaqişə ocaqları hələ də mövcuddur. Bu gün münaqişə mənbələrinin sayı artmaqda davam edir və təhlükəsizliyə yönələn ciddi problemlər yaradır. Xüsusilə də Ukraynanın şərqində aparılan hərbi əməliyyatlar regionda sülh və sabitliyə qarşı böyük təhlükəyə çevrilib”.
Publka.az-ın məlumatına görə, bu barədə ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasına sədrlik edən millət vəkili Azay Quliyev deyib.
“Eyni zamanda terror təhlükəsi ATƏT regionu üçün təhdid olaraq qalmaqdadır. Son aylarda Avropanın mərkəzində baş verən terror hadisələri və insan ölümləri hər birimizi narahat edir. Son terror hadisələri heç bir ölkənin terrordan sığortalanmadığını nümayiş etdirir”, - Quliyev əlavə edib.
Azay Quliyev deyib ki, ATƏT regionunda milli və dini zəmində baş verən insidentlərin qarşısının alınması və milli azlıqların hüquqlarının qorunması sahəsindəki mövcud problemlərin həlli vacib əhəmiyyət kəsb edən məsələlərdəndir.
“Bu baxımdan, ATƏT ailəsi olaraq qeyd olunan problemlərin həllində bütün bilik və bacarıqlarımızı səfərbər etməliyik. Bu nöqteyi nəzərdən, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin üzərinə böyük məsuliyyət düşür və bu gün biz bu qeyd olunan mövzular ətrafında müzakirələr aparacağıq”, - A.Quliyev əlavə edib.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO