Nida.az
Suriyada döyüşən azərbaycanlılar geri qayıdır - ÖZƏL
Suriyada döyüşən azərbaycanlılar geri qayıdır. Publika.Az –n əldə etdiyi məlumata görə, geri
qayıdanlar əsasən Sumqayıt sakinləridir. İlkin məlumata görə, Natiq
və Nadir adlı qardaşlar artıq Sumqayıtdadır. Lakin həmin şəxslərin
adlarının Natiq və Nadir olması dəqiq məlumat deyil. Çünki bu
şəxslərin özlərini əsasən ləqəblə çağırdıqlarını, əsl ad və
soyadlarını gizlətdikləri deyilir. Əldə etdiyimiz məlumata görə,
Azərbaycan xüsusi xidmət orqanları geri qayıdanları nəzarətdə
saxlayır.
Geri qaydalarla bağlı iki fərqli məlumat var. Birincisi onların
Suriyada döyüşməyin mənasız olduğunu anlamaları, müharibənin ABŞ
tərəfindən aparıldığını və din pərdəsi altında gizlədildiyini
düşünərək bu addımı atmasıdır. Məlumata görə, məhz bu məsələ
Suriyada müxaliflər tərəfindən vuruşan azərbaycanlılar arasında
narazılığa və parçalanmaya səbəb olub. Hətta orda döyüşənlər
qayıdanlara müraciət edərək onların mübarizəsini, cihadını
ləkələməməyə çağırıb.
İkinci və ən əsası isə gələnlərin ölkədə təxribat törədə
biləcəyi ilə bağlıdır. Məlumata görə, onların təbliğat aparmaları
və burdan yardımlar tədarük görmələri üçün geriyə göndərildiyi
deyilir. Məhz buna görə xüsusi xidmət orqanları geri qayıdanlara
nəzarəti gücləndirib. Lakin nəzarət birbaşa deyil, kənardan
aparılır.
Ən maraqlı məqamsa Sumqayıtda yeni şəxsin peyda olması ilə
bağlıdır. Onun məscidlərin önündə daha çox göründüyü, insanlar
atrasında təbliğat apardığ deyilir. Sözügedən şəxsin ləqəbi də
diqqət çəkir: Əbu Cəfər. Mənbə bildirir ki, bu şəxs
azərbaycanlıdır, bu ad isə onun ləqəbidir.
Qeyd edək ki, 2007-2008-ci illərdə radikal dini qruplaşmalarının
aktivləşdiyi zaman MTN Sumqayıtda əməliyyat keçirmişdi. O zaman
ləqəbi Əbu Cəfər olan bir ərəb mənşəli şəxsin saxlanıldığı deyilir.
Sonradan isə o və onunla birlikdə saxlanılanların “Meşə Qardaşları”
qruplaşmasına bağlı olduğu üzə çıxıb.
Asif
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO