Nida.az
Hacı Allahşükür gedir, Hacı Sabir gəlir? – Şeyxin qardaşının cavabı
“Bu, bir xalqın etiqadını bir yerdən alıb başqa yerə vermək kimi bir şeydir”.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə Publika.Az -a açıqlamasında QMİ-nin səlahiyyətlərinin A. Paşazadənin əlindən alınması haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.
C. Paşazadə qeyd edib ki, bu, vəzifə deyil ki, birindən alınıb,
o birinsə verilsin: “Boş-boş söhbətlərdir. Buna şərh də vermək
olmaz. Reallığa uyğun da deyil və heç müzakirə də etmək istəməzdim.
Ümumiyyətlə, buna cavabım nə ola bilər, anlamıram. Bir məmləkətdə
xalqın inancını alıb, başqa bir təşkilata, yaxud başqasına necə
vermək olar?!”.
C. Paşazadə belə xəbərlərin mənasız olduğunu qeyd edib.
Qeyd edək ki, “Yeni Müsavat”a göndərilən məlumatda deyilir ki,
son günlər QMİ-də münasibətlər kəskinləşib: “Qafqaz Müsəlmanları
İdarəsində əməlli-başlı qırğın başlayıb. Belə ki, sünnilər və
şiələr arasında Hacı Allahşükür Paşazadə heç nə edə bilmir.
Prezident Aparatında söhbət gedib ki, Paşazadə ölkəni pis günə
qoyub. Bütün Prezident Aparatı işçiləri bunu yaxşı bilir. Paşazadə
ərəblərdən aldığı küllü miqdarda pula görə bu günə qədər susub.
Bunun nəticəsində hamı meydana daxil olub. Söhbət gedir ki,
Paşazadəni QMİ-dən bayıra atmasalar da, bir çox səlahiyyətlərini
əlindən alacaqlar. Onun bir çox səlahiyyətləri İslam
Universitetinin rektoru Hacı Sabirə veriləcək”.
Asif
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO