Qüdrət Həsənquliyev: “Bəzi ticarət mərkəzlərində qiymətlər 30 faiz qalxıb”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Bəzi ticarət mərkəzlərində qiymətlər 30 faiz qalxıb”

“Azərbaycanın bəzi ticarət mərkəzlərində və mağazalarda, xüsusilə gündəlik tələbat malları və ərzaq məhsullarının qiymətləri təqribən 30 faiz qalxıb”.

Publika.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib. Onun sözlərinə görə, hökumət bununla bağlı ciddi tədbirlər görməlidir.

Q.Həsənquliyev həmçinin deyib ki, Azərbaycanda yoxsul olan adamların ünvanlı sosial yardım alınmasında bəzən müəyyən çətinliklər yaşanır: “Ünvanlı sosial yardım və dövlətdən sosial müavinətlərin alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ciddi işlər aparmalıdır. Dövlət də bu məsələyə ciddi yanaşmalıdır ki, yoxsul əhali ələ baxmasın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm