Nida.az
Londonda təsirli musiqi və unikal incəsənət tədbirləri ilə Xocalı qurbanları anıldı - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində fevralın 24-də Londonda “John’s Smith Square” salonunda Xocalı soyqırımının qurbanlarına həsr edilmiş klassik musiqi konserti baş tutub. Anım gecəsində Londonda akkreditə olunmuş 250-dən çox xarici diplomat, iş adamları, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, eləcə də musiqi sahəsində ixtisaslaşmış jurnalistlər və Azərbaycan diasporasının fəalları iştirak ediblər.
Konsertdən əvvəl hər bir tamaşaçı qırmızı rəngə boyanmış köynəyi havaya qaldırıb. Hər köynəyin üzərində Xocalı qurbanının doğum tarixi və adı yazılıb. Onların hamısının ölüm tarixi eynidir 26 fevral 1992-ci il. Bununla tədbir iştirakçıları Xocalı soyqırımında həyatını itirmiş bütün insanlarla öz həmrəyliyini nümayiş etdiriblər.
Anım gecəsində tanınmış azərbaycanlı tarzən Arslan Növrəslinin, skripkaçı Səbinə Rakçeyevanın və Nəzrin Rəşidovanın rəhbərlik etdiyi “FeMusa” orkestri tərəfindən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin “Rekviem”, Vasif Adıgözəlovun “Qərənfil”, Azər Rzayevin “Meditasiya”, həmçinin Antonio Vivaldi, Paul Lyuis, Karl Jenkins və Gabriel Faurenin əsərlərindən ibarət musuqi parçaları ifa edilib..
Elə həmin gün Londonun məşhur Çelsi İncəsənət Kollecinin parad meydanında Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmək məqsədilə müasir incəsənət üslubda sərgi təşkil edilib. Sərgidə həyatına qəddarlıqla son verilmiş 613 dinc sakinin hər birinin faciəvi ölümünü rəmzləşdirən, hər birinin üzərində ad, doğum və ölüm tarixi – 1992-ci il 26 fevral – yazılmış 613 ədəd qırmızı köynək nümayiş etdirilmişdir. Köynəklər labirint şəklində quraşdırılmış metal çəpərlərin üstündə yerləşdirilmişdi. Labirint həmin dəhşətli gecədə dinc sakinlərin ölümə aparan faciəvi yolu təcəssüm etdirirdi. Kiçik ölçülü köynəklər azyaşlı qurbanları – aralarında hətta bəzilərinin 6 aylıq olduğu körpələri, altmışdan çox köynəyin üstündə isə sadəcə “naməlum qurban” deyə yazılmışdı ki, onlar da tanınmaz hala salınaraq qədər işgəncələrə məruz qalmış cəsədləri təmsil edirdi.
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer öz çıxışında bildirib ki, bu tədbir “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilir və 23 il bundan əvvəl baş vermiş Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə həsr olunub. Erməni hərbi qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 613 dinc sakin arasında qadınlar, uşaqlar və yaşlılar var idi. K.Pinçerin sözlərinə görə, labirint formasında quraşdırılmış lövhələrdən asılan qırmızı köynəklər onların itirilmiş həyatlarının rəmzi mənasını ifadə edir.
Sonra o, qurbanların adları yazılmış siyahı ilə birlikdə qırmızı şarları London səmasına buraxıb. Tədbirə gəlmiş qonaqlar və ictimaiyyət nümayəndələri sərgini gəzib, həmin dəhşətli gecədə həlak olmuş qurbanların xatirəsini yad ediblər.
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq