Nida.az
Müsavatla və AzDP arasında üzv qalmaqalı: təxribat, yoxsa reallıq - QARŞIDURMA
“Müsavat Partiyasından 70 nəfərin istefa verməsi haqda məlumatlar doğru deyil və təxribat xarakteri daşıyır”.
Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının Təşkilat
Şöbəsinin sədri Razim Əmiraslanov deyib.
Onun sözlərinə görə, Beyləqan rayon təşkilatından Müsavatın rəsmi
üzvü olan 2 nəfər partiyadan istefa verib Azad Demokratlar
Partiyasına keçib: “Ümumiyyətlə, heç bir rayon təşkilatında o cür
kütləvi istefa ola bilməz. Onlar öz qohum-tanışlarının adını
yazaraq belə siyahı hazırlayıblar. Bu siyahının Müsavata aidiyyəti
yoxdur”.
Müsavat rəsmisi partiyanın Tovuz rayon təşkilatının özünü buraxdığı
barədə xəbərlərə də aydınlıq gətirib. O, 200 keçmiş müsavatçının
AXCP-yə keçdiyi barədə informasiyaları rəsmi şəkildə təkzib
etdiklərini bildirib.
“Tovuz rayon təşkilatından 200 nəfərin AXCP-yə keçməsi tamamilə
yanlışdır. O rayonda 200 müsavatçı, ümumiyyətlə olmayıb. Rəsmi
olaraq 3 nəfər – Tofiq Hüseynli, Əsəd Məmmədli və Miryaqub bəy
istefa verib. Onlardan ikisi AXCP-yə keçib. Tovuz rayon təşkilatı
qurultaydan əvvəl yalnız 17 nəfərin iştirakı ilə güclə toplaşıb
qurultaya nümayəndəyə seçiblər. Bu, həm də ona görə əsassız
məlumatdır ki, 2013-cü il prezident seçkilərində Milli Şuranın
vahid namizədi Cəmil Həsənlinin xeyrinə heç 40 imza da toplaya
bilmədilər. O təşkilatdan 1 nəfər də məntəqədə olmayıb. Yəni
üzvləri olmayıb. Deyilənlər saxta rəqəmdir, özlərindən uydurublar”,
- deyə o bildirib.
Təşkilat Şöbəsinin sədri bu tipli informasiyaları Müsavat qarşı
təxribat adlandırıb: “Görünür, müəyyən qüvvələr qurultaydan sonra
Müsavatdan sanki qisas alırlar. Onlar belə dezinformasiyalarla
Müsavata qarşı mübarizə aparırlar. Bizim açıqladığımız faktlar və
rəqəmlər rəsmidir”.
Qeyd edək ki, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin
Əkbər 70 müsavatçının onların partiyasına keçdiyini
bildirmişdi.
Asif Nərimanlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq