Nida.az
Xələf Xələfov Astana sammitindən danışdı
“Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Publika.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Nazir müavini deyib ki, Xəzərin statusuna dair məsələlər 90-cı illərdən fərqli olaraq, bu gün yüksək səviyyəyə çatıb.
O, bütün məsələləri başa çatdırmağa nail olacağına əminliyini ifadə edib:
“Astana sammitinə kimi Konvensiya layihəsinin bütün müddəalarını başa çatdırmalıyıq ki, razılaşdırmaq mümkün olsun. Bu, Həştərxan sammitindən sonra işçi qrupunun birinci görüşü olub. Həştərxan sammitinin nəticələri dövlət başçıları tərəfindən müzakirə edilib. Dövlət başçılarının birgə bəyannaməsində bir sıra prinsipial məsələlərə dair razılaşmalar əldə olunub. Onların Konvensiya layihəsində əksini tapması üçün tədbirlər görmüşük. Nəticələr Xəzəryanı ölkələrin nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. Həm Bakı, həm də Həştərxan sammitlərindən sonra bir sıra prinsipial vacib məsələlər həllini tapıb. Bunlara su səthinin bölünməsi, təhlükəsizlik məsələləri, gəmiçilik, bioloji resursların qorunması və istifadə olunması, fövqəladə hallar, hidrometeorologiya məsələləridir”.
X.Xələfov Astanada keçiriləcək sammitin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı son sammit olacağına inandığını söyləyib:
“Tərəflər həmin sammitdə Konvensiya layihəsinin qəbuluna ümid edirlər. Konvensiya qəbul olunduqdan sonra daha böyük işlər başlayır. Yenidən sammitlər olacaq, amma burada iqtisadi, təhlükəsizlik və kommunikasiya məsələləri müzakirə ediləcək. Sammitin hələlik 2016-cı ildə keçirilməsi razılaşdırılıb. Dəqiq tarix isə prezidentlərin qərarı ilə müəyyənləşəcək”.
Vasif Həsənli
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı