Nida.az
Türkiyəli politoloq: “TANAP regional sülhün təmin edilməsində çıxış yoludur”
“Ukrayna üzərindən təbii qaz təmin etmək məsələsində çətinliklə üzləşən Avropa Birliyi bazarına Azərbaycan qazını çıxarmaq həm Türkiyə, həm də Azərbaycan üçün böyük bir qazanc olacaq”.
Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji
Araşdırmalar Mərkəzinin (KAFKASSAM) başqanı, türkiyəli politoloq
Hasan Oktay bu gün Qarsda TANAP-ın təməlqoyma mərasimi haqda
danışarkən deyib.
Politoloq qeyd edib ki, TANAP layihəsi Azərbaycanın qaz
potensialının Türkiyə üzərindən Avropaya nəql olunmasıdır: “Rusiya
ilə Avropa Birliyi Ukrayna üzərində bir ildir kəskin rəqabətə
girib. Rusiya Avropaya qarşı təbii qazı silah olaraq istifadə edir
və buna görə də Avropa Birliyi yeni axtarışlara başlayıb. Lakin
TANAP layihəsi Rusiyaya qarşı bir alternativ deyil. Bu layihə
regional sülhün təmin edilməsində bir çıxış yoludur və bunu
Rusiyaya başa salmaq lazımdır. Çünki Avropa Birliyi sənaye və
istilik üçün ehtiyacı olan enerjini təmin edə bilməsə, Rusiyaya
qarşı daha böyük sanksiyalara başlayacaq. Bu da Rusiya xalqı üçün
çətin nəticələrə səbəb olacaq. TANAP bir növ bölgənin normallaşması
üçün lazımlı bir layihədir”.
H. Oktay bu layihəyə türkmən qazının qoşulmasının da vacib olduğunu
qeyd edib.
“İqtisadi baxımdan TANAP layihəsinin həyata keçirilməsi bir qədər
bahalı olacaq. Lakin türkmən qazının bu layihəyə qoşulmasını təmin
etmək lazımdır. Vacib olan məqam layihənin başlanması və bunun
Rusiyaya bir alternativ deyil, əksinə, Rusiyaya da müsbət yöndən
töhfə verəcəyinə Moskvanı inandırmaqdır. Çünki “Nabucco” Rusiya
tərəfindən qarşısı alınmış bir layihə olaraq xatırlanır”, - deyə
politoloq vurğulayıb.
H. Oktayın fikrincə, TANAP layihəsi Azərbaycan və Türkiyə
münasibətlərini daha da inkişaf etdirəcək: “Həmçinin Gürcüstanı da
bu münasibətlərə qoşulmağa sövq edəcək. Həm Qafqazda, həm də
Ukraynada sülhün təmin olunması üçün TANAP və buna bənzər
layihələrin həyata keçirilməsi lazımdır”.
Asif Nərimanlı
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər