Nida.az
Beynəlxalq təşkilatlardan Azərbaycana qarşı ikili standartlar
Beynəlxalq təşkilatlar Azərbaycana qarşı həmişə ikili standartlara yol verirlər. Bu fikri Avropa Şurası Parlament Assambleyasının ( AŞPA ) miqrasiya, qaçqın və məcburi köçkünlər komitəsinin yığıncağında komitə üzvü Rövşən Rzayev səsləndirib.
Martın 23-də Avropa Şurasının Parisdəki ofisində AŞPA-nın
miqrasiya, qaçqın və məcburi köçkünlər komitəsinin qurumun yaz
sessiyası qarşısında növbəti yığıncağı keçirilib.
Komitə üzvləri gündəliyə çıxarılan “ Terrorçu İŞİD qrupunun
bəşəriyyəti təhdid edən hərəkətləri”, “Ukrayna münaqişəsi zamanı
yox olan insanlar” , “ Qurbansız cinayət”, “ Miqrantlara qarşı
zorakılıq” və digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev
yığıncaqla bağlı verdiyi müsahibəsində deyib: AŞPA sədri xanım An
Brasörün iştirak etdiyi komitə iclasında xüsusi maraq kəsb edən
məsələlər müzakirə edildi. Böyük Britaniyalı deputat Cim Şerdanın
hazırladığı “Ukranyalı qaçqın və məcburi köçkünlərin vəziyyəti “
məruzəsi komitə üzvlərinin geniş müzakirəsinə səbəb olub. Təəssüflə
qeyd edim ki, ukraynalı qaçqın və məcburi köçkünlərin vəziyyətindən
danışan məruzəçi iyirmi ildən artıq qaçqın və məcburi köçkün həyatı
yaşayan azərbaycanlıların məsələsinə toxunmadı . Ukraynalı qaçqın
və məcburi köçkünlərə bu cür yanaşıldığı halda , azərbaycanlılara
qarşı belə yanaşma mövcud deyil. Bu bir daha ölkəmizə qarşı
göstərilən ikili standart münasibətdən xəbər verir. Mən
Ermənistanın ölkəmizə qarşı apardığı elan olunmamış müharibə zamanı
4500-dən artıq azərbaycanlının itkin düşdüyünü, girov və əsir
götürüldüyünü , onların bir çoxunun taleyinin bu günə qədər naməlum
qaldığını diqqətə çatdırdım”.
Rövşən Rzayev həmçinin komitə nəzdində itkin düşmüş, əsir və girov
götürülmüş insanların axtarışı ilə məşğul olan beynəlxalq
təşkilatlarla əlaqə quracaq bir qurumun yaradılması təklifini irəli
sürüb. Bildirib ki, belə bir qurum itkin düşmüş, girov və əsir
götürülmüş insanların taleyi barədə mütəmadi məlumatların əldə
edilməsində mühüm rol oynaya bilər.
Daha sonra qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə təcavüz
edən, ərazilərimizin 20 faizini işğal altında saxlayan Ermənistana
və onların havadarlarına beynəlxalq təşkilatlar tərəfindən fərqli
yanaşmalar bu günün özündə belə hiss olunmaqdadır . Bu, ölkəmizə
qarşı ikili standartları qabarıq şəkildə bir daha nümayiş etdirir.
Nədənsə beynəlxalq hüquq da bu məsələdə acizlik göstərir.
Azərbaycanlı deputat deyib: “İstər beynəlxalq təşkilatların,
istərsə də beynəlxalq hüququn Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin araşdırılmasına seyrçi münasibət bəsləməsi və
məsələni vaxtında ciddi şəkildə araşdırmaması digər bölgələrdə də
münaqişələrin və təhlükəli problemlərin yaranmasına, itkin düşən,
girov və əsir götürülən insanların sayının durmadan artmasına
gətirib çıxarır. Bu məsələdə insanlar ikili standartların qurbanı
olmamalıdır”.
AZƏRTAC
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO