Nida.az
Kəlbəcərin işğalı nəyi sübut etdi? – millət vəkili
“Kəlbəcərin işğalı Ermənistanın işğalçılıq siyasətini davam etdirəcəyini təsdiqlədi”.
Publika.az xəbər verir ki, bu barədə millət vəkili
Adil Əliyev Kəlbəcər rayonunun işğal günü ilə bağlı Azərbaycan Hərb
Tarix Muzeyində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, vahid ordunun olmaması, siyasi hakimiyyətdə
yaşanan xaos Kəlbəcərin işğalını sürətləndirdi: “Ermənistan silahlı
qüvvələri Kəlbəcərin işğal etməklə və dinc insanları qətlə
yetirməklə işğalçılıq siyasətlərini davam etdirəcəklərini
göstərdilər. Təəssüf ki, o zamankı siyasi vəziyyət və başqa
səbəblər buna təsir göstərirdi. Vahid ordumuzun olmaması, siyasi
hakimiyyətdə yaşanan xaos işğal prosesini sürətləndirdi.
Bundan da istifadə edən düşmən işğalçılıq siyasətini həyata keçirdi”.
Millət vəkili bu gün güclü ordumuzun olduğunu xüsusi qeyd edib.
“Ordumuz artıq istənilən an torpaqlarımızı azad etməyə qadirdir.
Prezident İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, işğal
altında qalan torpaqlarımız azad olunacaq. Son günlər düşmənin
xeyli sayda itkilər verməsi buna misaldır. Bundan sonra da düşmən
ordusunun bütün təxribatlarının qarşısı alınacaq”, - deyə millət
vəkili qeyd edib.
Asif
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi