Nida.az
Roni Margulies: “Avropa və ABŞ məqsədli şəkildə islamofobiya siyasəti aparır”
Avropada və ABŞ-da zaman-zaman islamofobiyanın ən yüksək səviyyədə olduğu müşahidə olunur.
Publika.az xəbər verir ki, Almaniyada yaşayan
jurnalist-yazıçı Roni Margulies Avropa və ABŞ-da müsəlmanlara qarşı
məqsədli şəkildə ayrı-seçkilik edildiyini açıqlayıb: “ABŞ və
Avropada islamofobiya uzun illərdir problem halını alıb. Bu da
təbii ki, Nyu-Yorkda əkiz qüllələrə hücumdan sonra ortaya
çıxdı.
Xüsusilə, Corc Buşun prezident olduğu dövrdə ABŞ-da və Avropada dövlətin əli ilə bu istiqamətdə təbliğat gücləndirildi. Bu da təsadüfi deyildi. Çünki Amerika İraqı, digər tərəfdən də Əfqanıstanı işğal edirdi. Orta Şərqdə etdiklərinin isə sayı-hesabı yoxdur. Hər şeyə rəğmən, bu hərəkətlərinə öz xalqı arasında legitimlik qazandırmağa məcburdur. Çünki bu prezidentlər seçki ilə başa keçirlər”.
Onun sözlərinə görə, islamofobiya irqçiliyə də geniş yol açır və
buna görə də Avropada, xüsusilə İngiltərədə buna qarşı mübarizə
aparanlar var.
“Avropa ölkələri islamofobiyaya qarşı siyasət yürüdən dövlət imici
yaradırlar. Lakin həqiqətdə özləri bunu qızışdırır və istifadə
edirlər. Üzdə isə bunu etiraf edə bilmirlər. Çünki onların hər
birində demokratiyanın bərqərar olduğu fikri yaranıb. Lakin bu
ölkələrdə, xüsusilə Amerikada məqsədli şəkildə müsəlmanlara qarşı
ayrı-seçkilik siyasəti aparılır. Bu gün Şərqdən olan bir müsəlmanın
ABŞ-a getmək üçün viza alması mümkün olan bir şey deyil. Bu, dövlət
siyasətidir. Bir tərəfdən irqçiliyə qarşı olduqlarını göstərir,
digər tərəfdən, irqçiliyi qızışdırırlar”, - deyə almaniyalı yazar
vurğulayıb.
Asif Nərimanlı
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
-
Maraq dünyası12:31
İndiyədək görünməyən məbləğdə kirayə müqaviləsi bağlandı - Fantastik rəqəm
-
Region11:51
İrəvanda qarşıdurma: Polislə etirazçılar toqquşdu - VİDEO