Nida.az
“Tehrana işləyənlər” - Bayraqdar Xədicə İsmayıl və Əli Kərimlini məhkəməyə verir
Qalmaqallı “casus siyahısından” sonra bayraqdar Elman Türkoğlunun
da MTN-nə işlədiyi haqqında sənəd yayılıb. E. Türkoğlu isə bununla
bağlı məhkəməyə müraciət edəcəyini bildirib. O, “Feysbuk”
səhifəsində qeyd edib ki, bu sənədi yaydıqları üçün AXCP sədri Əli
Kərimlini və AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovu
məhkəməyə verəcək.
“Bu saxta sənədi Xədicə İsmayıl 2010-cu ildə Əli Kərimlinin kabinetində hazırlayıb. Mən ömrüm boyu heç bir qadının qəlbinə dəyməmişəm və bundan sonra da dəyməyəcəyəm. Qadınları biz kişilərin başının tacı sanmışam. Amma bu gün sənə qarşı hörmətim azalıb. Üç il bundan əvvəl saxta bir sənəd hazırladınız ki, guya mən MTN-nin agetiyəm, MTN hər ay mənə 600 manat maaş verir. Siz məhkəmədə mənə sübut etməlisiniz ki, MTN-nin agent olmuşam”-deyə o X. İsmayılı da məhkəməyə çağırıb.
Qeyd edək ki, sözügedən sənəd özünü AXCP üzvü kimi təqdim edən Mustafa Kozulunun “Feybuk” profilində yerləşdirilib. 17 oktyabr 2011-ci ildə paylaşılan sənəddə E. Türkoğlu ilə bağlı ilginc məlumatlar yer alıb. M. Kozlu “Feysbuk”da status yazaraq bildirib ki, həmin sənədi yaydığına görə, axtarışdadır və hətta bir neçə məsul şəxs işdən çıxarılıb: “Elmanın bütün işləri olan “papka” məndədir. İçində məlumatlar var ki, onları burada yerləşdirsəm, hər kəs şoka düşəcək”.
Məsələ ilə bağlı E. Türkoğlu Publika.Az –a açıqlamasında bildirib ki, bütün işlərin başında Əli Kərimli dayanır.
Onun sözlərinə görə, bu kampaniya AXCP sədrini tənqid etdiyi üçün başladılıb.Bayraqdar əlavə edib ki, Mustafa Kozlu deyilən profil AXCP rəhbərliyi tərəfindən açılmış saxta profildir və məqsəd lazım olanı şəxsi təhqir etməkdir: “Bir neçə il əvvəl bu profildən məni və ailəmi təhqir etdilər. Bir müddət əvvəl yalandan yazdılar ki, guya mən Elçibəyin dövründə Şəkidə azyaşlı qızı zorlamışam. Halbuki Şəkidə cəmi bir dəfə 1978-ci ildə toyda olmuşam. Bunlar ağ yalandır. Sonra da bu cür sənədləri ortaya çıxardıb məni qaralamaq istəyirlər. Bu adamlar Tehrana işləyənlərdir”.
E. Türkoğlu vurğulayıb ki, bu gün millət, xalq, müxalifət,
iqtidar bu üç nəfərin, Rusiyanın, Tehranın agenti olan satqın,
xəyanətkar, şeytan Əli Kərimlinin, Hər cür biədəb işlə məşğul olan
Natiq Ədilovun və yalançı araşdırmaçı madmazel Xədicə İsmayılın
əllərində qalıb. Bayraqdar bu adamlar xaricə işlədiyini
bildirib.
Asif
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ