Nida.az
Arif Hacılının qardaşı: “Qubad İbadoğlu...”
“Qubad İbadoğlu Amerikanın Rəsul Quliyev, Əli Kərimli və Fərhad Əliyevdən sonra Azərbaycanda hakimiyyətə gətirmək istədiyi yeni fiqurdur”.
Publika.az xəbər verir ki, bu barədə Əhrar
Partiyasının sədri, Müsavat başqanı Arif Hacılının qardaşı Vaqif
Hacıbəyli deyib.
V. Hacıbəyli mətbuatda yazılanlardan bu qənaətin yarandığını qeyd
edib: “Yazılanları əslində Qubad İbadoğluna "maya qoymaq" kimi də
qiymətləndirmək olar. “Qubad İbadoğlu payızda Azərbaycanda yeni bir
təlatüm yaradacaq fiqurdur” fikri sosial şəbəkədə heç bir maraq
doğurmadı və deməli, bu cümlə hansısa fantaziyanın məhsuludur”.
V. Hacıbəylinin fikrincə, Azərbaycanda Q. İbadoğluna qarşı heç bir
təhlükə yoxdur: “Yazırlar ki, guya Qubad İbadoğlu Bakıya gələrsə,
həbs olunacaq. Mətbuatda yazılanlara inansaq, 14 milyon manat
həcmində qrantın arxasına keçən “qrant mafiyasının atası” (ifadə
mətbuatda gedib) barədə nəinki bir “tədbir” görülmədi, hətta onu
Neft Fondundan veriləcək qrantların paylanılmasına rəhbərlik edəcək
koalisiyanın rəhbərliyinə təyin etdilər. Bu faktı görməməzlikdən
gəlib Qubad İbadoğlunun guya təqib olunduğu barədə fərziyyələr
irəli sürmək üçün həqiqətən “fantazyor” olmaq lazımdır”.
Qeyd edək ki, Q. İbadoğlu hazırda Amerikadadır. O, Müsavatda
başqanlıq seçkilərindən narazı qalanlardan ibarət Azərbaycan
Demokratiya və Rifah (ADR) hərəkatını yaratdı. Hərəkata sədr
seçiləndən az bir müddət sonra Vaşinqtona yola düşdü. Özünün
açıqlamasına görə, səfəri 5 aylıq proqrama əsasən reallaşıb.
Asif Nərimanlı
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...