Nida.az
Qətlə yetirilən polislə bağlı araşdırma aparılır - SORĞU
Dekabrın 31-də qəza nəticəsində qətlə yetirilmiş polis serjantı Polad Mehdiyevin atası ölkə prezidentinə, birinci xanım Mehriban Əliyevaya, DİN-nə, Baş Prokurorluğa müraciət ünvanlayıb.
“Qafqazinfo”nun yaydığı müraciətdə bildirilir ki, 31 dekabrda saat 19:00 radələrində polisin göstərişinə tabe olmayan cinayətkar 220 sürətiylə sürdüyü avtomobillə Dövlət Yol Polisi postunu dağıdaraq gücləndirilmiş iş rejimi ilə vəzifəsini yetirən 1989-cu il təvəllüdlü, BDYP-nin Qaradağ postunun inspektoru, serjant Mehdiyev Poladı və bir mülki şəxsi qətlə yetirib. Cinayətkar həmin gündən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və 23.01.2014 – cü il tarixdə oradan çıxarılıb: “Hadisədən 50 gün keçməsinə baxmayaraq adıçəkilən şəxs hələ də azadlıqdadır. İşi aparan Qaradağ rayon Prokurorluğunun müstəntiqi bu müddət ərzində bizə heç bir məlumat verməyib. Son olaraq özümün müraciətindən sonra bəlli olub ki bu vaxta qədər hələ tibbi ekspertizanın cavabı belə alınmayıb. İşə çox səthi və birtərəfli baxılır. Hətta iki adamı qətlə yetirən, Dövlət Yol Polisi postunu dağıdan, saatda 200-dən artıq sürətlə sərxoş halda axtarışda olan maşını idarə edən cinayətkara cəza maddəsi də düzgün verilməyib və barəsində həbs qəti-imkan tədbiri seçilməyib. Tam sağalmış cinayətkar kimin və ya nəyin hesabınasa məsuliyyətə cəlb olunmur və dövlət xəstəxanalarında saxta sənədlərlə gəzir. İşin Azərbaycan dövlətinin ali qanunlarına əsaslanaraq ədalətlə, qərəzsiz baxılması və haqqın bərqərar olması üçün nəzarətə alınmasını sizdən xahiş edirəm”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Publika.Az saytına bildirdi ki, məsələ ilə bağlı Qaradağ rayon Prokurorluğunda iş qaldırılıb: “Düzdür, Polad Mehdiyev bizim əməkdaş olub. Ancaq məsələ ilə bağlı Qaradağ rayon Prokurorluğunda iş aparılır. Siz məsələ ilə bağlı prokurorluqdan mövqe öyrənə bilərsiniz”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Publika.Az saytının sualına cavab olaraq bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılmalıdır: “Əvvəlcə biz araşdırmalıyıq ki, iş hansı yerdədir. İşi araşdırdıqdan, Qaradağ rayon Prokurorluğundan məsələ haqda soruşduqdan sonra sizə ətraflı münasibət bildirə bilərəm”.
Elmin Bədəlov
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf