Nida.az
İlham Əliyev İtaliya iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Federika Quidi İtaliya Prezidenti Sergio Mattarellanın və Baş
nazir Matteo Renzinin salamlarını dövlətimizin başçısına
çatdırdı.
Federika Quidi ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin
daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün
yaxşı fürsət yaratdığını dedi. Əlaqələrimizin möhkəmləndirilməsində
enerji sahəsində əməkdaşlığın önəmini vurğulayan italiyalı nazir
TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə
dövlətimizin başçısına məlumat verdi.
Dövlətimizin başçısı Romada İtaliyanın Baş naziri Matteo Renzi ilə
keçirdiyi görüşləri xatırlayaraq səfər zamanı qəbul edilmiş
“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji
tərəfdaşlıq haqqında” Birgə Bəyannamənın ölkələrimiz, eləcə də
Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri
baxımından əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin
uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev enerji
təhlükəsizliyi sahəsində əməkdaşlığımızın önəmini vurğuladı.
Dövlətimizin başçısı “Cənub” qaz dəhlizi layihəsinə toxunaraq,
TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini
vurğuladı.
Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika
Quidinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar
olduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı, yüksək
texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq
məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Sergio Mattarellanın və Baş nazir
Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirdi, onun da
salamlarını İtaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş
etdi.
AZƏRTAC
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR