Nida.az
Fermerlərə şad xəbər: Prezident sərəncam verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və
ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və
avadanlığına güzəşt tətbiq edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir:
Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin
səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni
sututarların yaradılması, eləcə də suvarma sistemlərinin
gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülür. Ölkədə bu
istiqamətdə bir sıra iri layihələr həyata keçirilmiş və müasir
texnoloji avadanlıqla təchiz edilən infrastruktur yaradılmışdır.
Həyata keçirilən tədbirlər suvarmada mütərəqqi texnologiyaların
tətbiqini və güclü suvarma sistemlərinin daha da
genişləndirilməsini, bu sahəyə sahibkarların marağının və
investisiya qoyuluşunun artırılmasını zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, müasir suvarma sisteminin inkişafına dəstək
məqsədi ilə qərara alıram:
1. Baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan
qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə
sahibkarların marağının artırılması və investisiya qoyuluşunun
stimullaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq
yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların
ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay
müddətində:
2.1. suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan
güzəştin verilməsi qaydasını müəyyən etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO