Nida.az
İranda Ana Dili Günü ərəfəsində həbs dalğası - YENİLƏNDİ
Azərbaycan veb səhifələrinə istinadən, bu gün İranın təhlükəsizlik məmurları Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Dünya Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə toplaşan 100 nəfərə yaxın güneyli fəalı nəzarət altına alıb.
Bu barədə Türkiyə mediası, o cümlədən Cihan xəbər agentliyi və
Zaman qəzeti geniş məlumat yayıb.
Oyan News Abbas Lisani, Ruzbeh Səadəti, Saleh Molla Abbasi, İbrahim
Savalan,
Fərəc Nuri, Rəhim Qulami, Əsgər Əkbərzadə, Əkbər Abulzadə, Vəhid
Faizpur, Meysəm Azadi, Fərdin Muradpur, Murtaza Səfəri, Həsən
Zarii, Aydın Nişatı, Tovhid Rzayi, Milad Əzimi, Behzad Əbdi, Vəhid
Nəriman, Nima Abbaspur, Səccad Xəlilnijad, Murtaza Məhəmmədi və
Səccad Xoşqədəm kimi fəalların tutulanlar arasında olduğunu qeyd
edib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, tutulanlar Əhər
şəhərinin 11 və 12 nömrəli Polis Mərkəzlərinə aparılıb. Məmurlar
fəalları həbs etdikləri zaman onlara aşırı güc tətbiq ediblər.
Cihan xəbər agentliyinə müsahibədə Türkiyədə yaşayan güneyli siyasi
ekspert bu həbsləri ana dilində təhsil haqqı ilə bağlı vədlər verən
Həsən Ruhani hökumətinin qeyri- səmimiliyi kimi qiymətləndirib.
14.00
İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Beynəlxalq Ana Dili Günü ərəfəsində onlarla fəal saxlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İranın Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının bəyanatında deyilir.
Məlumatda həbs edilən 60 fəaldan bəzilərinin adları çəkilir.Həmçinin dünən İranda ana dilinin müdafiəsi ilə bağlı dəfələrlə həbs olunan İbrahim Rəşidi və Abbas Lisani də yenidən həbs ediliblər.
Beynəlxalq Ana Dili Günü hər il fevralın 21-də qeyd edilir. Bu gün ilk dəfə 1999-cu il noyabrın 19-da YUNESKO tərəfindən elan edilib.
İran Prezidenti Həsən Ruhani 2013-cü ilin iyununda seçki kampaniyası zamanı ölkədə milli azlıqların dillərinin tədrisi ilə bağlı bəyanat dərc etdirmişdi.
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər