Nida.az
"Xocalı soyqrımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər"
Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər. Trend-in məlumatına görə, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə deyib.
B.Səfərov qeyd edib ki, bu gün "Xocalıya ədalət" kampaniyası
çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanınması, Xocalıda
azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünya
ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı
işlər aparılır və bir sıra ölkələrdə bu vəhşilik artıq soyqırım
kimi tanınır: "Biz heç vaxt Xocalı soyqırımını unutmalı deyilik.
Biz bu faciəni gələcək nəslə çatdırmalıyıq. Ermənilər tərəfindən
insanlarımıza qarşı olmazın əzabının verilməsi, insanların
diri-diri yandırılması, dərilərinin soyulması heç zaman unudula
bilməz. Bu cür cinayəti törədənlər məhkəmə qarşısında dayanmalı və
cavab verməlidirlər".
B.Səfərov əlavə edib ki, Xocalı faciəsi zamanı hər iki valdeynini
itirmiş uşaqların problemləri də diqqət mərkəzindədir: "Hamımız
onlara diqqətlə yanaşmalıyıq. Biz də öz növbəmizdə xahişlər
etmişik, çalışırıq onların mənzil və digər problemlərini həll
edək".
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO