Nida.az
Azay Quliyev Almaniya Bundestaqının üzvü ilə görüşüb
Fevralın 20-dən Almaniyada səfərdə olan Azərbaycan Milli
Məclisinin üzvü Azay Quliyev bu gün Almaniya Bundestaqında CDU/CSU
fraksiyasının xarici siyasət məsələləri üzrə sözçüsü, Xarici
Əlaqələr Komitəsinin üzvü, deputat Filip Misfelderlə
görüşüb.
Trend-in məlumatına görə, görüşdə Azərbaycanın Almaniya Fedarativ
Respublikasındakı fövqəladə və salahiyyətli səfiri Pərviz Şahbazov
da iştirak edib.
Görüşdə A.Quliyev Azərbaycan-Almaniya, Azərbaycan-Avropa İttifaqı
münasibətlərindən söz açaraq, Azərbaycanın Avropaya inteqrasiyası
yolunda Almaniyanın göstərdiyi dəstəyə görə öz təşəkkürünü
bildirib. Bununla yanaşı, görüşdə ikitərəfli münasibətlərin daha da
inkişaf etdirilməsi yolları müzakirə olunub, eləcə də
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
Almaniyanın daha aktiv iştirakına nail olunması barədə fikir
mübadiləsi aparılıb.
F.Misfelder iki ölkənin parlamentlərinin əməkdaşlıq imkanlarından
söhbət açıb, eləcə də ATƏT PA çərçivəsində Azərbaycanla
əməkdaşlığın gücləndirilməsinə çalışacağını, həmçinin bu il Bakıda
keçiriləcək ATƏT PA-nın illik sessiyasında yaxından iştirakı
edəcəyini bildirib.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır