Nida.az
Azərbaycanda yeni partiya yarandı
Dünən yeni yaradılmış Gələcək Azərbaycan Partiyasının (GAP) 1-ci
qurultayı keçirilib. Partiyadan Publika.Az -a verilən məlumata görə, AXCP-nin
qərargahında keçirilən qurultayAzərbaycan dövlət himni ilə açılıb.
GAP- Təşkilat Komitəsinin üzvü, professor Ağa Abdullaoğlu
qurultayın aparılması üçün qurultayın katibini və sədrini qurultay
iştirakçılarının təşəbbüsü əsasında müəyyən edib.
Namizədlərdən Nəcəfalı Cavanşirli və Əzizə Sanıyeva sədarətə
seçilərək qurultayın gedişinə rəhbərlik ediblər.
Sədarət qurultayın gündəliyini səs vermə ilə təsdiq edib.
Gündəliyə bu məsələlər daxil edilib:
1) GAP Təşkilat Komitəsinin 2 aylıq fəaliyyətinin hesabatı
2) Nizamnamə və məramnamənin müzakirəsi və təsdiqi
3) GAP-ın sədrinin seçilməsi
4) GAP Ali Məclisinə üzvlərin seçilməsi
5) GAP İdarə heyətinin üzvlərinin seçilməsi
6) GAP Nəzarət və Təftiş Komissiyasının üzvlərinin seçilməsi
Birinci məsələ ilə bağlı GAP Təşkilat Komitəsinin (TK) sədri
Ağasif Şakiroğlu məruzə ilə çıxış edib. O, qurumun Bakını əhatə
edən 12 rayon üzrə tam rayon təşkilat komitələrinin formalaşdığını
və eyni zamanda Azərbaycanın bölgələrini əhatə edən 27 rayonda
təşkilatlanıldığını və artıq həmin rayonlarda da təşkilat
komitələrinin yaradıldığını, GAP-ın nizamnamə və məramnamə
layihəsinin hazırlandığını və eyni zamanda qurumun bayraq və emblem
layihələrinin hazırlanıb qurultaya təqdim edildiyini
bildirib.
Daha sonra qurultay üzvləri 2-ci məsələ ilə bağlı müzakirə
apararaq nizamnamə və məramnamə layihəsini qurumun ali sənədi kimi
qəbul edib.
Qurultay üzvləri Gələcək Azərbaycan Partiyasına sədr seçilməsi üçün
gənc fəal Ağasif Şakiroğlunun namizədliyini irəli sürülməsini
təklif ediblər. İkinci namizədə ehtiyac görməyən qurultay üzvləri
A. Şakiroğlunun namizədliyini səsə qoyaraq yetkilliklə sədrliyini
təsdiq ediblər.
Sədr seçildikdən sonra A. Şakiroğlu partiyanın gələcək
fəaliyyəti və proqramı ilə bağlı qurultay üzvlərinə geniş məlumat
verib. Toplantının davamı olaraq qurultay partiyanın Ali Məclisinə
və İdarə Heyətinə üzvlər seçilib.
Qurultayın sonunda qonaqlar-ADP sədri Sərdar Cəlaloğlu, AXCP
sədr müavini Fuad Qəhrəmanlı, keçmiş millət vəkilləri Zəminə
Dünyamalıyeva, Solmaz Ələsgərova, VHP funksioneri Pünhan İmamlı və
digər şəxslər çıxış edərək yeni yaranan quruma uğurlar
arzulayıblar.
Sonda qurultay Ukraynadakı antiYanukoviç düşərgəsinə dəstək
ifadə edilən bəyanat qəbul edərək öz işini yekunlaşdırıb.
Asif
-
İKT20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ