Nida.az
Zakir Həsənov Əfqanıstanla bağlı görüşdə iştirak edəcək
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belçika Krallığına yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində fevralın 27-də keçiriləcək növbəti görüşdə iştirak etməkdir.
Görüş zamanı Əfqanıstanda aparılan ISAF əməliyyatlarının gedişatı, 2014-cü ildən sonra NATO-nun Əfqanıstanda həyata keçirəcəyi Qətiyyətli Dəstək missiyasının planlaşdırılması prosesi və digər cari məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulub.
-
Dünya16:06
Trampın "Moskvanı bombalayaram" hədəsinə Kremldən cavab gəldi
-
MDB15:21
Putin mesajını verdi: Məni o əvəz edəcək - Rusiya elitası çalxalandı
-
Sosial15:01
Azərbaycanlı hərbçi itkin düşdü
-
Kriminal14:16
Eyni mənzildə yaşayan iki qadınla bir kişinin macərası: "Gecə gəlsən..." - Şok
-
Köşə13:36
“Xocalıya sürünə-sürən qayıdacam” əhdini edən xanımın anasının Prezidentə dedikləri...
-
İqtisadi gündəm12:56
ABŞ-da bu sistem ləğv edilir: İnflyasiya qapıda
-
Region12:21
İpotekaya ölkə almışıq, amma kirayədə yaşamaq istəyirik - Paşinyandan etiraf
-
Tarix11:36
İki qitəni birləşdirən, peyğəmbərin müjdəsini alan əzəmətli şəhər - Onun fəthi...