Nida Təhlil
Moskvanın Xankəndidə konsulluq planının şifrələri - Rusiya nə istəyir?
Rusiyanın Xankəndində konsulluq açmaq istəyi ictimai rəydə ciddi müzakirələrə səbəb oldu və müxtəlif suallar doğurdu. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin yaxın gələcəkdə Xankəndidə baş konsulluğun açılması planlarının olduğunu elan edib. Və əlavə edib ki, “bu, bizə (Azərbaycan və Rusiyaya) qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək”.
Karasinin sözlərindən belə aydın olur ki, Rusiya Xankəndidə konsulluğu bu sahədə olan fərqi azaltmaq üçün açmaq niyyətindədir. Azərbaycanın Rusiyada iki konsulluğu fəaliyyət göstərir, Rusiya da Azərbaycandakı konsulluğunun sayını artırmaq istəyir. Halbuki, Rusiya ərazi baxımdan daha böyükdür və orada yaşayan azərbaycanlıların sayı çoxdur. Bu baxımdan, Xankəndidə baş konsulluq açmaq istəyinin bu sahədəki fərqlə izahı gülünc görünür. Bununla yanaşı, məqsəd təkcə konsulluq xidmətindəki say məsələsidirsə, niyə bunu başqa şəhərdə yox, məhz Xankəndidə etmək istəyirlər?
1. Rusiyanın nə Xankəndidə, nə də bütövlükdə Qarabağ bölgəsində vətəndaşı yaşamır;
2. Rusiya şirkətləri bölgədə fəaliyyət göstərmir;
3. Rusiya sülhməramlıları Qarabağı tərk edib;
Bu üç amil Rusiyanın Xankəndidə konsulluq açmaq istəyinin tutarlı səbəbinin olmadığını göstərir. Moskvanın bu istəyinin siyasi məqsəd daşıdığı ortadadır. Hesab etmək olar ki, Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi ermənilərin mümkün geridönüşünə hazırlıq məqsədi daşıyır. Hərçənd, ermənilərin Qarabağa qayıdışı perspektivi yoxdur. Əgər gələcəkdə bu baş verərsə belə, bölgəyə gələnlər Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda burada yaşaya biləcəklər. Sual yaranır: Rusiya konsulluğu Azərbaycan vətəndaşına necə xidmət göstərə bilər?!
Bütün bunların fonunda Rusiyanın Xankəndidə niyə konsulluq açmaq istəyi açıq olaraq qalır. İstisna deyil ki, Moskva sülhməramlıların getməsindən sonra Qarabağda mövcudluğunu diplomatik müstəvidə davam etdirmək istəyir. Və hesab etmək olar ki, Rusiyanın Cənubi Qafqaz siyasətində Qarabağın kart olmaqdan çıxmasını hələ də qəbul edə bilmirlər.
Burada həlledici qərar rəsmi Bakıya məxsusdur. Məsələ ilə bağlı Azərbaycan tərəfindən heç bir rəsmi açıqlama yoxdur və mövcud vəziyyətdə - işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri fonunda Xankəndidə, yaxud digər şəhərlərimizdə konsulluğun açılmasını müzakirə etmək tezdir. Lakin Rusiya ilə ikitərəfli əlaqələr fonunda Azərbaycanın buna razılaşa biləcəyi də variantlardan biri kimi düşünülə bilər. Mümkündür ki, konsulluğun açılması Xankəndi yox, işğaldan azad edilmiş digər ərazilərdə də ola bilər.
O zaman sual yaranır: Rusiyanın Xankəndidə, yaxud Qarabağ bölgəsində konsulluğunun fəaliyyət göstərməsi siyasi baxımdan xeyrimizə ola bilərmi?
Əslində Rusiyanın işğaldan azad edilmiş ərazilərdə konsulluq açmasını ərazi bütövlüyümüzün qəbul edilməsinin nümunəsi də hesab etmək olar. İranın Zəngəzur bölgəsində konsulluq açması belə nümunələrdəndir. Tehranın bu addımının praktiki olaraq əsası yoxdur, Rusiyanın Xankəndidə konsulluq açması istəyi kimi. Lakin burada məqsəd Ermənistanın “ərazi bütövlüyünə” dəstəyin verilməsidir. Rusiyanın Xankəndidə - Qarabağda konsulluq açması da Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi qəbul edilə bilər. Son söz yenə də rəsmi Bakınındır.
Asif Nərimanlı
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR