Nida.az
“Ermənilərin yalanlarını üzə çıxarmalıyıq”
"Erməni yalanlarını beynəlxalq qurumlar qarşısında qaldırmalı və sübuta yetirməliyik".
Publika.az-ın məlumatına görə, bunu YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, burada ilk növbədə tarixi faktlar, real vəziyyət və görüləcək işlər nəzərə alınmalıdır. S.Novruzov deyib ki, tarixi faktlar ermənilərə qarşı heç bir soyqırımın törədilmədiyini sübut edir:
"Real vəziyyət isə bundan ibarətdir ki, Avropa dairələri artıq qondarma erməni “soyqırımı”nı tanımağa çalışırlar. Eyni zamanda bir sıra Avropa dövlətləri Türkiyənin regionda güclənməsindən ehtiyatlanaraq, erməni məsələsindən istifadə etməyə çalışırlar. Bu baxımdan düşünürəm ki, biz beynəlxalq aləmdə öz işimizi gücləndirməliyik. Diasporlar vasitəsilə ermənilərin yalanlarına qarşı öz təbliğatımızı aparmalıyıq”.
"Ermənilərin qondarma "soyqırımı" tanıtdırmaq istiqamətində apardığı işin qarşısını almaq üçün səylərin gücləndirilməsi vacibdir".
Bunu isə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. Onun sözlərinə görə, bir sıra Avropa dövlətləri hələ də Çanaqqaladakı məğlubiyyətlərini həzm edə bilmir və bunun əvəzini Türkiyədən çıxmaq üçün yollar axtarırlar: "Etiraf edək ki, qondarma erməni "soyqırımının" tanıdılmasının qarşısını ala bilmirik. proses başlanıb, davam edir. bizim sakit dayanmağa haqqımız yoxdur. Biz heç də arxayınlaşmamalıyıq ki, bu tanınma heç də hüquqi nəticələrə gətirib çıxarmayacaq. Bir gün bu da baş verə bilər. Biz buna hazır olmalıyıq. Düzdür, bununla Türkiyəni çökdürmək olmaz, amma biz bu proseslərə bir də və daha güclü mübarizəmizi davam etdirməliyik".
Vasif Həsənli
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı











.jpg)


.jpg)




















