Nida.az
Abdullah Gül: Qarabağı qaytarmağın iki yolu var - VİDEO

Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması birbaşa
Ermənistandan asılıdır. Rəsmi İrəvan Azərbaycanın bölgədə
gündən-günə gücləndiyini görüb bu, münaqişənin tez bir zamanda
həllinə yardımçı olmalıdır.
Bunu Türkiyənin eks-prezidenti Abdulla Gül ANS-ə müsahibəsində
Ermənistan prezidenti Serj Sarkisyanın bir neçə gün əvvəl verdiyi
müsahibəni şərh edərkən deyib.
O, həmçinin qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş
tədbirə Rusiya və Fransa liderlərinin qatılmasına münasibət
bildirib:
“Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Düz 20 ildir. Bu isə
uzun bir müddətdir. Dağlıq Qarabağ münaqişəsinin həllində
beynəlxalq vasitəçilik missiyasını üzərinə götürmüş Minsk qrupunun
fəaliyyəti qənaətbəxş deyil. Eyni zamanda Minsk qrupunun Dağlıq
Qarabağ probleminin həllində ikili standart nümayiş etdirməsindən
də xəbərimiz var. Hazırda Minsk qrupunda yer alan Rusiya və Fransa
məsələyə ikili standartlardan yanaşırlar. Belə olan halda bu qrupa
necə etibar edilə bilər?”.
Gül həmçinin bildirib ki, işğalın bu qədər uzun sürməsi qəbul
edilən deyil: "Dağlıq Qarabağ münaqişənin həllinin bu qədər
uzanması çox təhlükəlidir. Özəliklə bu münaqişənin həllinin iki
yolu var. Dünya praktikasına nəzər yetirsək görərik ki, buna bənzər
münaqişələr ya müharibə, ya da siyasi yolla həll olunur”.
Türkiyənin eks-prezidenti Abdulla Güllə daha geniş müsahibəyə mayın
3-də efirə gedəcək “Hesabat” verilişində baxa bilərsiniz.

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır