Nida.az
İlham Əliyev: “Neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur”
“Hər zaman iqtisadiyyatımızın neft və qazdan asılılığının azaldılmasına çalışmışıq və davamlı inkişafı əsas götürmüşük. İqtisadiyyatımızın 70 faizi qeyri-neft sektorundan ibarətdir. İxracımızda isə neft və qaz əsas yer tutur. Bu da təbiidir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya
İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik
Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, yaxın illərdə qazın ixracatda çəkisi
artacaq: “Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna
sərmayə qoymasını təşviq edirik. Neft və qaz istehsalçısı olan ölkə
kimi neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq
doğurur. Ancaq bu, bir çağırışdır ki, büdcəni konsolidasiya edək,
lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək.
“Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft
Fondunda toplanan vəsaitlər gələcəkdə arzu olunmaz hadisələrdən
sığortalanmaq üçün vacibdir”.
Ölkə başçısı deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə
artıb, xarici borc ümumi daxili məhsulun 10 faizini təşkil edir,
müstəqillik illərində 200 milyard dollar sərmayə cəlb
etmişik.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan xarici sərmayə üçün
cəlbedici ölkə olaraq qalmaqdadır: “Azərbaycanda işsizlik səviyyəsi
5 faizdir. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər
salmağımızdır. Bu göstərir ki, biz “Holland sindromu”na məruz
qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da
zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu
gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş
yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata
keçirilməsinin şahidi olurlar”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda regionların inkişafı ilə bağlı 3 dövlət proqramı qəbul olunub: “Bu gün Neft Fondunun vasitəsi ilə 500-dən artıq xəstəxana, 3 mindən artıq məktəb tikmişik”.
APA
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi