Nida.az
Müsavatçılar müsavatçılara qarşı: partiya qərargahı önündə etiraz
Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçiriləcək.
Publika.az xəbər verir ki, Vurğun Əyyubun
partiyadan uzaqlaşdırılmasından sonra Müsavatda qarşıdurma pik
həddinə çatıb.
Müsavatın hazırkı rəhbərliyini qəbul etməyən müsavatçılar Vurğun
Əyyub və digərlərinin partiyadan çıxarılmasına etiraz olaraq aksiya
keçirməyə hazırlaşır.
V. Əyyubun deputatlığa namizədliyini irəli sürən Suraxanı rayon
təşkilatının sədri Rövşən Dəmirli Publika.az-a
açıqlamasında etiraz aksiyası xəbərini təsdiqləyib.
“Partiyada baş verənlərlə bağlı etirazlar artıb. Təkliflər var ki,
bununla bağlı qərargahın önündə aksiya keçirilsin. Mayın 6-da
aksiyanın baş tutacağı ehtimalı var. Bu həm də Müsavatın
demokratiya sınağı olacaq. Çünki onlar hakimiyyətdən aksiya üçün
yer tələb edir. İndi qərargahın önündə keçiriləcək aksiyaya
göstərəcəkləri münasibət hər şeyi ortaya çıxaracaq”, - deyə o
bildirib.
Qeyd edək ki, baş verənlərlə bağlı qərargah önündə aksiya təklifini
ilk dəfə hazırda ADR İdarə Heyətində təmsil olunan Müsavatın keçmiş
üzvü Hüseyn Məlik irəli sürmüşdü. Lakin sonradan bu təklif
gündəmdən çıxdı.
H. Məlik Publika.az-a açıqlamasında baş verənlərə
etiraz aksiyasını dəstəklədiyini diqqətə çatdırıb.
Asif Nərimanlı
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər