Nida.az
Ayaz Mütəllibov: “Şuşanın işğalı ilə bağlı bir sıra faktlar ortaya çıxıb”
“Şuşanın işğalı üçün bir sıra səbəblər vardı. Bu hadisələrin canlı şahidiyəm. O dövrdə baş verənləri yaxından izləyirdim. Elə indi də həmin proseslərlə bağlı bir sıra məqamları nəzərdən keçirirəm. Ortaya bəzi faktlar çıxıb”.
Bunu eks-prezident Ayaz Mütəllibov Publika.az-a Şuşanın işğalının ildönümü ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, ermənilər bu işğal üçün xarici qüvvələrin köməyindən istifadə ediblər: “Təəssüf ki, Şuşanın işğalında daxili səbəblər də müəyyən rol oynadı. Siyasi mübarizə, qruplaşmalar bu işğalın meydana çıxmasında müəyyən rol oynadı. İndi hər birimizin buna ürəyi yanır. Ancaq əminəm ki, Şuşanın işğaldan azad ediləcəyi gün uzaqda deyil”.
Qarabağın dilbər guşəsinin işğaldan azad edilməsi yollarından danışan eks-prezident bəzi məqamlara da toxunub: “Torpaqlarımızı hərbi yolla azad etməyin bir sıra çətinlikləri var. Müharibəyə başlamaq adi məsələ deyil. Gücümüz kifayət qədər olsa da, bunun üçün külli miqdarda vəsait tələb olunur. Gərək elə edək ki, hərb variantından danışa-danışa özümüzə qarşı mənfi rəy formalaşdırmayaq. Bəlkə də, düşmən özü bizim hücuma keçməyimizi istəyir. Ancaq bunun arxasında nə dayanır, sonrakı proseslər nədən ibarət olacaq – həmin məsələni də nəzərə almalıyıq. Ölkə prezidenti bu məsələdə çox böyük təmkinlilik nümayiş etdirir”.
Anar Tağıyev
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...