Nida.az
Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın
11-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay
Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün
sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay
Patruşevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin
və səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəli olacağına
əminliyini bildirdi. Ölkələrimizin hüquq mühafizə orqanları
arasında münasibətlərin uğurlu inkişafına toxunan Prezident İlham
Əliyev müvafiq qurumların işgüzar əlaqələrinin mövcud olmasının,
qarşılıqlı informasiya mübadiləsi aparılmasının və birgə
tədbirlərin keçirilməsinin regionda təhlükəsizliyin
möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Faşizm üzərində
Qələbənin 70 illiyinin Azərbaycanda yüksək səviyyədə keçirildiyini
deyən Prezident İlham Əliyev bu tədbirlərin Qələbənin qeyd olunması
ənənələrinin davam etdirilməsi və tarixi ədalətin qorunub
saxlanılması üçün ümumi mövqeyin formalaşdırılması baxımından
önəmini vurğuladı.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını
dövlətimizin başçısına çatdırdı. Nikolay Patruşev ölkəmizə
səfərinin ilk saatlarından başlayaraq Bakıda böyük abadlıq və
quruculuq işlərinin yüksək keyfiyyətlə aparılmasının şahidi
olduqlarını dedi. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin
bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Nikolay Patruşev
yüksək səviyyəli görüşlərin, o cümlədən Azərbaycan və Rusiya
prezidentlərinin faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə
Moskvadakı təmaslarının ikitərəfli münasibətlərimizin
genişləndirilməsi və əlaqələrimizin möhkəmləndirilməsi baxımından
önəmini qeyd etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 92-ci ildönümünə toxunan rusiyalı qonaq Ulu
Öndərin böyük dövlət və siyasi xadim olduğunu vurğulayaraq
Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında onun müstəsna
xidmətlərini xüsusi qeyd etdi. Birinci Avropa Oyunlarına toxunan
Nikolay Patruşev bu tədbirin də yüksək səviyyədə keçiriləcəyinə
əminliyini ifadə etdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin
başçısına çatdırmağı xahiş etdi.
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO