Azay Quliyev televiziyalardakı gizli reklamdan danışdı
Bizi izləyin

Nida.az

Azay Quliyev televiziyalardakı gizli reklamdan danışdı

“Telekanallarda yayımlanan filmlərdə gizli reklama nəzarətlə bağlı məsələ daha da ciddiləşməlidir”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı “Reklam haqqında” qanuna münasibət bildirərkən söyləyib.

A.Quliyev bildirib ki, sözügedən qanuna dəyişiklik edilən zaman gizli reklama nəzarətlə bağlı məsələyə də diqqət yetirmək vacibdir: “Mən gizli reklamla bağlı məsələyə diqqət çəkmək istəyirəm. Bu gün filmlərdə, televiziya verilişlərində tütün məmulatlarının, spirtli içkilərin gizli reklamı gedir. Bundan sonra belə halların qarşısının alınması üçün monitorinqlər aparılmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm