Deputatlığa namizədlərlə bağlı bəzi dəyişikliklər edildi
Bizi izləyin

Nida.az

Deputatlığa namizədlərlə bağlı bəzi dəyişikliklər edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda MSK sədri Məzahir Pənahov çıxış edərək gündəlikdə olan məsələlərlə bağlı məlumat verib.

MSK sədrinin müavini Natiq Məmmədov komissiyanın bəzi normativ hüququ aktlarına dair məruzə ilə çıxış edib. O, siyasi partiyaların maliyyə hesabatı verməsi haqda öhdəliklərindən danışıb. Qeyd edib ki, bununla bağlı normativ aktlarda hesabatların hansı tələblərə cavab verməsi, nəzərdən keçirməsi, baş vermiş pozuntular öz əksini tapıb.

MSK katibi Arifə Muxtarova parlament seçkilərində deputatlığa namizədlərlə bağlı edilən dəyişikliklər haqda məlumat verib. Onun sözlərinə görə, bu dəyişikliklər struktur xarakteri daşıyır.

Səsə qoyularaq qəbul olunan dəyişikliklər bunlardır:

Milli Məclisə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürməsi və seçicilərin təşəbbüs qrupu tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi haqda təlimata dəyişiklik edilib.

Deputatlığa namizədlərin siyasi partiya, yaxud siyasi bloklar tərəfindən irəli sürülməsi haqda təlimata dəyişiklik edilib.

Deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, eləcə də partiya və partiyanın səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfində imza vərəqələrinin verilməsi haqda qaydalara dəyişiklik edilib.

Mili Məclisə seçkilərdə namizədlərin mülkiyyəti, əmlakları və digər məsələlərlə bağlı məlumat verməsi haqda qaydalara dəyişiklik edilib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm