İran səfiri Azərbaycana başsağlığı verdi
Bizi izləyin

Nida.az

İran səfiri Azərbaycana başsağlığı verdi

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib.

Səfirlikdən Publika.az-a daxil olan məlumatda bildirilir ki, səfir başsağlığı məktubunda Bakı şəhəri Binəqədi rayonu yaşayış binasında baş verən və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnən yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirib.

Möhsün Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbir diləyir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm