Nida.az
Məhkəmə Əli Əliyev iddiasına nə ad qoyub? - Eldəniz Quliyev danışır
“Onlar məhkəməyə təqdim etdikləri iddialarında partiyanın şərəf və
ləyaqətinin təhqir edildiyini göstəriblər. Halbuki partiyanın şərəf
və ləyaqəti olmur, partiyanın işgüzar nüfuzu, fəaliyyəti olur.
Məhkəmə də “bu lap gülməli iddiadır” deyərək təmin etməyiblər.
Digər tərəfdən onların mənə qarşı olan iddiaları böhtan xarakterli
idi. Bu açıq-aydın görünürdü”.
Bu barədə “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Publika.Az -a açıqlamasında VİP sədri Əli Əliyevin ona qarşı iddiasının təmin edilməməsinə münasibət bildirərkən deyib.E. Quliyev qeyd edib ki, VİP-in məhkəmə iddiası çox savadsız, səviyyəsiz ittiham ərizəsi idi: “Əvvəldən bilirdim ki, bu iddia rədd ediləcək. Bütün bunlar da hakimə əsas verib ki, iddianı rədd etsin. Çünki başqa yolu da yoxdur. Açıq-aydın şərlə, böhtanla insanı tutdurmağa cəhd etmək nəinki siyasi partiya liderinə, ümumiyyətlə, heç kimə yaraşmaz”.
E. Quliyev əlavə edib ki, VİP-in məhkəmənin qərarından sonra
yaydığı bəyanatı da təhqirlə dolu idi.
“Onlar bəyanatlarında da təhqirlərindən əl çəkməyiblər. Yazırlar
ki, Eldar Namazovla Eldəniz Quliyev hakimiyyətin xaltalı nəyidir.
Yəni Eldar Namazovla Eldəniz Quliyev itdir? Təxminən belə çıxır.
Eyni təhqirləri hakimə qarşı da yönəltmişdilər. Hirs-hikkə yaxı
bələdçi deyil insana. Bəyanatlarından da onların səviyyəsi
görünür”.
E. Quliyev Ə. Əliyevin apelyasiyaya şikayət və digər
instansiyalara müraciət edəcəyi ilə bağlı deyib ki, onun üçün bu
mənasızdır.
Asif
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO