Nida.az
Kreml “qaz müharibəsində” son kartını işə saldı
Rusiya-Qərb arasında səngimək bilməyən “qaz müharibələri” yeni mərhələyə qədəm qoyur.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Moskva
sonuncu və ən təsirli vasitəni oyuna daxil edir – maliyyə.
Yunanıstan energetika naziri Panayiotis Lafazanislə “Qazprom”
rəhbəri Aleksey Miller cümə günü Moskvada görüşərək, “Türk axını”
layihəsinin yunan torpaqlarından keçən hissəsinin tikintisi üzrə
variantları nəzərdən keçirib. Bu hissənin tikintisi üçün 2 milyard
ABŞ dolları sərf olunacaq.
Rusiya Afinaya qaz təminatında söz verir. Yunanıstan öz növbəsində Rusiyadan böyük məbləğdə kredit istəyir ki, Moskva hələlik buna razı deyil.
“Türk axını” Azərbaycan qazının Avropa bazarına çıxaracaq enerji
layihələrinə rəqib hesab olunur. Hərçənd bu, rəsmi şəkildə dilə
gətirilməyib.
Lakin analitiklər hesab edir ki, Rusiya Avropa bazarı uğrunda gedən savaşda Qərbin özünü qabaqlamaq istəyir. Ehtimallara görə, son ümid kimi maliyyə “kozır”nı ortaya çıxaran Rusiya qabağa düşə bilər. Hələlik isə bütün bunlar sadəcə sözdən ibarətdir.
Asif Nərimanlı
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda