“İsa Qəmbər və Arif Hacılı Yaqublu ailəsinə hörmətsizlik etdi” - İTTİHAM
Bizi izləyin

Nida.az

“İsa Qəmbər və Arif Hacılı Yaqublu ailəsinə hörmətsizlik etdi” - İTTİHAM

Müsavat Partiyası Suraxanı rayon təşkilatının keçmiş üzvü, ADR hərəkatının üzvü Əli Qasımbəyli İsa Qəmbər və Arif Hacılının Yaqublu ailəsinə hörmətsizlik etdiyini iddia edib.


Publika.az xəbər verir ki, Ə. Qasımbəyli Tofiq Yaqublunun mərhum qızı Nigar Yaqublunun 40 mərasimində iştirak etdiyini, bəzi simaların necə riyakar olduğunu gördüyünü bildirib: “Hazırda məhbus olan Tofiq bəy İsa bəyin müavini olub. Əgər doğrudan da Tofiq bəyə və onun qızı Nərgizə hörməti var idisə, mübarək olan toy şənliyini iki-üç gün sonra da edə bilərdi. Doğrudur, xeyirlə şər qardaşdır. Lakin hörmət də yaxşı şeydir. Bu gün orda İsa bəyin qəmli olduğunu gördüm. Əslində sizin məqamdan istifadə edən, gözə kül üfürən siyasətçi olduğunuzu gördüm”.


ADR üzvü daha sonra Müsavat başqanı Arif Hacılının özünü yalandan kədərli göstərdiyini bildirib.


“Arif Hacılı riyakarlığını nümayiş etdi. Nərgiz Yaqublu dünyasını dəyişmişdi. Həmin ərəfədə Mehdi Şirəli oğlu İlqar Şirəliyə toy etdi. Arif Hacılı o toyda yasa görə cəmi bir neçə dəqiqə oturdu. Amma Mehdi və İlqar bəylərin reytinqi İsa Qəmbər kimi olsaydı, o toyda oturar və yeyib-içərdi. Dünən İsa Qəmbərin oğlu Turqut bəyin toyunda Arif Hacılı yeyib-içdi, üstəlik oynadı da”, - deyə Ə. Qasımbəyli qeyd edib.


Qeyd edək ki, dünən Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin kiçik oğlu Turqut Qəmbərin toy mərasimi keçirilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm