Nida.az
“Nezavisimaya qazeta”: “Azərbaycanın zənginliyi dünyaya təqdim olunacaq”
Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşrində “Çoxmillətli Bakı bütün Avropa atletlərini gözləyir” başlıqlı məqalə dərc olunub.
Publika.az xəbər verir ki, məqalədə I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti qeyd olunub: “I Avropa Oyunları cümə günü başlayır. Avropanın 50 ölkəsindən müxtəlif mədəniyyətə, dinə məxsus 6 min atlet Bakıya gələcək. Qarşıdakı oyunlar Azərbaycan üçün zəngin mədəniyyətini, ənənələrini, tolerantlığını bir daha dünyaya təqdim etməyə imkan verəcək.
Məqalədə qeyd olunur ki, Azərbaycan monolit dövlət deyil: “Əhalinin əksər üstünlüyünü azərbaycanlıların təşkil edir. Lakin burda ləzgilər, avarlar, talışlar, tatarlar və digər xalqların nümayəndələri, həmçinin böyük rus icması yaşayır. Azərbaycanda rusların sayı təxminən 120 mindir. Onları rus pravoslav kilsəsi və rus icması birləşdirir”.
Rus icmasının sədri, Azərbaycan parlamentinin deputatı Mixail Zabelin icmanın milliyətindən asılı olmayaraq, rus ənənələrini bölüşən hər kəsi birləşdirdiyini bildirib: “Sovet İttifaqı dağılanda ruslar məndən getmək, yaxud qalmağın yaxşı olduğunu soruşurdular. O dövr çox mürəkkəb idi, rusların düşdükləri şəraitə uyğunlaşmasına kömək etmək lazım idi. Birinci məsələ rus məktəblərinin saxlanılması, rus dilinin tədrisi və ənənələrinin qorunması idi. Yaxşı ki, 1993-cü ildə hakimiyyətə Heydər Əliyev gəldi. O, bizi anladı, dəstəklədi, mərkəzimiz üçün yer ayırdı. Hazırkı Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini davam etdirir. Əvvəllər xalqlar arasında dostluq adlanan multikulturalizm, tolerantlıq onun siyasətində prioritet istiqamətdir”.
Rus icması şurasının sədr müavini Yuri Zenin Rusiya Federasiyasının həmyerlilərin könüllü köçürülməsi proqramının işləmədiyini deyib: “Mən tezliklə köçürülmə məsələsi ilə bağlı Düşənbə forumunda iştirak edəcəyəm. Orada köçmək istəmədiyimizi diqqətə çatdıracam. Əgər burda yaxşıdırsa, rahat yaşamaq mümkündürsə, milli ənənələrimizi, mədəniyyətimizi qorumağa, inkişaf etdirməyə şərait yaradılırsa, dini ənənələrimizə rahat şəkildə riayət edə biliriksə, nə üçün getməliyik?! Bakıda dövlət tərəfindən bərpa olunan üç kilsə fəaliyyət göstərir”.
M. Zabelin davam edərək qeyd edib ki, rus dili Azərbaycanda möhkəm mövqelərə malikdir: “Mən bazara gedirəm və Azərbaycan dilində danışıram. Mənə rus dilində cavab verirlər. Dövlət anlayır ki, yalnız bir dilin dominantlığı prinsipini müdafiə etmək, ölkə mədəniyyətinin kasıblaşmasına gətirib çıxara bilər”.
Rus mədəniyyəti mərkəzinin direktoru Qalina Manafova da Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirib.
“Sovet vaxtı azərbaycanlılar öz tarixi və mədəniyyətlərini rus dili vasitəsilə dərk edirdilər. Bu gün Rusiyada çoxlu azərbaycanlıların yaşadığını da unutmaq lazım deyil”, - deyə o bildirib.
İndi Azərbaycanda 16 rus dilli məktəb fəaliyyət göstərir. 356 məktəbdə, həmçinin universitetlərdə rus dili bölmələri var. Rusdilli fakültələrdə 16 mindən çox tələbə təhsil alır.
“Nezavisimaya qazeta” yazır ki, ruslardan başqa Azərbaycanda ən böyük icmalardan biri yəhudi icmasıdır: onlar dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləridir. Bütövlükdə ürəyini iudaizmə açan vətəndaşların sayı 16 mindir. Dağ yəhudiləri Qırmızı qəsəbədə kompakt halda yaşayırlar. Onların bir neçə biznesmeninin adı “Forbes”in siyahısına da düşüb.
Azərbaycanın ən qədim yerlərindən biri Atəşgah məbədidir. Bu yerdə təbii qaz çıxaraq alova çevrilib. Bu məkan hindular və siqxlər tərəfindən də hörmətlə yad olunub. Lakin Abşeron yarımadasında karbohidrogen ehtiyatlarının istismarı başlananda qazın axını zəifləyir və 1902-ci ildə buradakı atəş sönür. İndi bu yer muzeydir. Xüsusi boru kəməri ilə gətirilən qaz hesabına atəş yenə də alovlanır. Məbədə baxmaq üçün tez-tez Hindistan, İran və digər ölkələrdən turistlər gəlir. Azərbaycanda əsas din İslam olsa da, atəşpərəstliyi təcəssüm etdirən bu muzeyin fəaliyyəti normal qəbul olunur.
“Bu, bizim tariximizdir. Buna unutmaq, yaxud məhəl qoymamaq qəribə olardı”, - deyə muzey əməkdaşlarından biri bildirir.
Azərbaycan tarixin fasiləsiz zəncirini kəsməməyə çalışır. Buna görə də Prezident İlham Əliyev I Avropa Oyunlarının məşəlini Atəşgah məbədində alovlandırdı. Məşəl respublikanın 60 regionunu gəzərək Bakıya gətirilib. İyunun 12-də isə son dayanacaq olan Olimpiya stadionuna gətiriləcək. 12 iyun tarixindən etibarən milliyyətindən və dinindən asılı olmayaraq bütün dünya sakinləri Azərbaycan paytaxtında idman yarışlarını izləməyə başlayacaq.
Asif Nərimanlı
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir