Nida.az
İsgəndər Həmidov bozqurdçuların Krımda döyüşməsi xəbərindən danışdı
Son günlər bir sıra azərbaycanlının çeçen mücahidlərinə qoşularaq
Rusiyaya qarşı döyüşmək üçün Krıma getdiyi xəbərləri yayılıb.Artıq
bir neçə keçmiş döyüşçünün, həmçinin bozqurdçuların da gedənlər
arasında olduğu deyilir. Konkret olaraq Nurədddin İsmayılovun çeçen
mücahidlərinə qoşulduğu xəbərləri yayılıb.
Qeyd edək ki, N. İsmayılov “Nurəddin Xoca” adı ilə publisist yazılar yazır. Bozqurdçularsa ayağı şikəst olduğu üçün ona öz aralarında “Topal Teymur” ləqəbini veriblər.
Azərbaycan Milliyətçi Demokratik (“Bozqurd”) Partiyasının
Təşkilat Komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər
Həmidov Publika.Az –a açıqlamasında bunu təkzib edib.
Bildirib ki, N. İsmayılov ayağından şikəstdir, hazırda da
Bakıdadır: “Şikəst adam necə döyüşə bilər. O siyasətdən uzun
müddətdir ayrılıb, daha partiya ilə də əlaqəsini kəsib. Özü də
yazı-pozu işi ilə məşğul olur. Kifayət qədər ağıllı adamdır,
inanmıram ki, belə addım atar. Bozqurdçuların heç biri Krıma
getməyib. Tatara bozqurd lazım deyil, tatarın özü elə bozqurddur
da”.
Lakin İ. Həmidov Krım tatarlarını dəstəklədiklərini deyib.
“Oradakı qardaşlarımızı dəstəkləyir, mübarizələrini
alqışlayırıq. Biz Ukraynanın bölünməsinin tərəfdarı deyilik. Eyni
şeyi Rusiya Azərbaycanda da edə bilər. İki rusu ayağa qaldıracaq,
sonra da ölkəyə girəcək ki, haqlar tapdanır. İmperiya siyasətinə
qarşıyıq biz”-deyə bozqurdçuların lideri vurğulayıb.
Asif
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq