Nida.az
Oqtay Əsədov Albert Friklə görüşüb
Milli Məclisin sədri Oqtay Əsədov
ölkəmizdə səfərdə olan Lixtenşteyn parlamentinin spikeri Albert
Friklə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, O. Əsədov bildirib ki, bu səfər iki ölkə arasında
parlamentlər səviyyəsində əlaqələrin inkişafına yeni impuls
verəcək.
"Biz qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsinə,
nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə böyük önəm veririk.
Hesab edirik ki, siyasi əlaqələrimizin dərinləşməsi iqtisadi
münasibətlərimizə də öz müsbət təsirini göstərəcək. Lixtenşteyndə
kiçik şirkətlərin fəaliyyəti üçün yaradılmış şərait Azərbaycan üçün
də maraqlıdır".
O. Əsədov bu səfərin I Avropa Oyunlarının keçirildiyi dövrə təsadüf
etdiyini bildirərək, belə mötəbər tədbirin Azərbaycanda
keçirilməsindən ölkə ictimaiyyətinin fərəh duyduğunu söyləyib. O
qeyd edib ki, tədbirə ev sahibliyi edən Azərbaycan qısa zaman
kəsiyində yüksək standartlara cavab verən müasir idman qurğuları
yaratmağa nail olub. Bu infrastruktur gələcəkdə də mötəbər idman
yarışlarının keçirilməsinə yaxşı əsaslar yaradır. Spiker ümidvar
olduğunu bildirib ki, səfər çərçivəsində qonaq Bakıdakı müasir
idman qurğuları ilə tanış olmağa imkan tapacaq, I Avropa
Oyunlarının bağlanış mərasimində iştirak edəcək.
A. Frik isə Azərbaycanda gördüyü qonaqpərvərlikdən məmnun olduğunu söyləyib. O, I Avropa Oyunlarının keçirildiyi günlərdə Bakıya səfər etməsini buradakı müasir idman tikililəri ilə tanış olmaq üçün bir fürsət kimi dəyərləndirib. A. Frik ölkəsini təmsil edən idmançıların Bakıda onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını qeyd edərək, bir sıra yarışları və Oyunların bağlanış mərasimini izləmək fikrində olduğunu vurğulayıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, siyasi, iqtisadi sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, ölkəmizin Lixtenşteyndəki səfiri Əkrəm Zeynallı və digər rəsmi şəxslər iştirak ediblər.
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi