Nida.az
Leyla Yolçiyeva: “Dağlıq Qarabağda narkotik vasitələrin becərilməsi və tranzitinə nəzarət edə bilmirik”
“Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində narkotik vasitələrin becərilməsi və tranziti həyata keçirilir. Nəzarətsiz zona olduğuna beynəlxalq qurumların, o cümlədən BMT-nin bu işlərə siyasi tərəfdən yanaşması da bir qədər fərqlidir”.
Bu barədə Publika.az-a Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva məlumat verib.
O bildirib ki, bizim torpaqlarımız düşmən işğalı altında olduğundan, çox müdaxilə edə bilmirik: “Biz işğal altında olan torpaqlarımızda narkotik vasitələrin becərilməsi və tranzitinə nəzarət edə bilmirik, çünki sərhədləri keçə bilmirik. Amma onlar da bundan sui-istifadə edirlər. Əlbəttə, biz çox istəyərdik ki, beynəlxalq qurumlar, təşkilatlar buna laqeyd qalmasınlar və mübarizəni bizimlə birlikdə aparsınlar”.
L. Yolçiyevanın sözlərinə görə, Dağlıq Qarabağda narkotik vasitələrlə bağlı məlumatlar Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən BMT-nin hesabatına salınıb. Ofis tərəfindən 2012-ci ildə “Dağlıq Qarabağda narkotrafik” adlı kitabça işlənib hazırlandı. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş ölkələrin səfirlikləri , beynəlxalq təşkilatlar, habelə Xarici İşlər Nazirliyi vasitəsi ilə Azərbaycanın digər dövlətlərdə səfirliklərinin köməyi ilə dünya birliyinə, beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağda narkotik vasitələrin əkilib-becərilməsi, satışa çıxarılması haqqında məlumat verməkdir.
O, qeyd edib ki, həm də hər il Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Dağlıq Qarabağın bizə aid olan sərhəd bölgəsində əkilib-becərilən narkotik vasitələr tapılaraq müsadirə olunur və yandırılır.
Dağlıq Qarabağda narkotik vasitələrin əkilib-becərilməsi, satılması ilə bağlı statistikaya gəlincə, sədr müavini bildirib ki, bu statistika məxfi saxlanılır: “Dağlıq Qarabağda narkotik vasitələrin əkilib-becərilməsi, satılması ilə bağlı statistika var, amma bu, məxfi saxlanılır. Biz hər il illik hesabat hazırlayırıq. 2014-cü ildə Azərbaycanda narkotiklərlə bağlı vəziyyət haqqında illik hesabat hazırlanıb. Biz Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Gömrük Komitəsinə və digər aidiyyəti orqanlara müraciət edərək sorğular göndəririk və sorğular əsasında bu cür kitabçalar işləyib hazırlayırıq”.
Gülnar Əliyeva
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?