Kremlin Qarabağ üçün SON QƏRARI: Böyük müharibəyə HAZIRLIQ... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kremlin Qarabağ üçün SON QƏRARI: Böyük müharibəyə HAZIRLIQ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

"Ermənistan və Azərbaycan daim yeni müharibəyə hazırlaşır".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasındakı son görüşdən danışıb. Fevralın 8-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılan Suriya üzrə danışıqlar təxirə salınıb. Rusiya Strateji Tədqiqatlar İnstitutu (RİSİ) Dağlıq Qarabağda müharibə proqnozu verib. Donald Trampın Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi barədə fərman verəcəyi bildirilir.

Mariya Zaxarova Sergey Lavrov və Elmar Məmmədyarov arasındakı görüşün konstruktiv keçdiyini deyib.
Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret təkliflər və danışıqların istiqaməti müzakirə olunub. “Qarabağ münaqişəsi ilə bağlı Rusiya tərəfinin nümayəndələri ilə görüşlər bundan sonra da davam etdiriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, Elmar Məmmədyarov yanvarın 24-də Moskvaya səfəri zamanı rusiyalı həmkarı ilə görüşüb.

Rusiya Strateji Tədqiqatlar İnstitutunun (RİSİ) hazırladığı məqalədə deyilir ki, Dağlıq Qarabağda müharibə istənilən an yenilənə bilər.

“Ermənistan və Azərbaycan daim yeni müharibəyə hazırlaşır. Lakin bu vəziyyət Moskva üçün əlverişli deyil. Rusiyanın Ermənistan qarşısında təhlükəsizliklə bağlı öhdəlikləri var, eyni zamanda Azərbaycanda da ciddi maraqları mövcuddur. Yeni müharibə Rusiyanın bu iki ölkədən birini itirməsi ilə nəticələnə bilər”, - deyə məqalədə bildirilir.

İnstitutun “Milli Strategiya Problemləri” jurnalının baş redaktoru Əjdər Kurtov da hesab edir ki, Qarabağda müharibə istisna edilməyib.


Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti “mediamax.am” saytına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Onun sözlərinə görə, münaqişə hər iki tərəfin maraqlarının təmini şəklində həll olunmalıdır”.

Fransalı həmsədr qeyd edib ki, onların əsas məqsədi qarşılıqlı etimad və daimi fikir mübadiləsinə əsaslanan kollektiv yanaşmadan ibarətdir. S.Viskonti silahlı qarşıdurmaya qarşı olduğunu, bunun heç kimə fayda vermədiyini diqqətə çatdırıb.

Ermənistanda parlament seçkiləri öncəsi siyasi ehtiraslar qızışıb. Hazırda müxalifətə keçən keçmiş müdafiə naziri Seyran Ohanyan iqtidarı sərt tənqid edən açıqlama yayıb. “Facebook” sosial şəbəkəsindəki hesabından videomüraciət yayan Ohanyan Ermənistanın müharibədə məğlub olacağını bəyan edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya müdafiə naziri Sergey Şoyqunun Cənub Hərbi Dairəsini gücləndirməklə bağlı əmri bəzi məsələləri gündəmə gətirdi, xüsusilə “Putin yeni müharibəyə hazırlaşır” sualı önə çıxdı.

Şoyqu bu əmri verməsinə Ukraynanın cənub-şərqindəki vəziyyətin və Şimali Qafqazda beynəlxalq terror qruplaşmalarının fəallaşmasının zərurət yaratdığını açıqladı. Strateji Tədqiqat Mərkəzinin direktoru, rusiyalı politoloq İvan Konovalov ölkəsinin mediasına müsahibəsində Kremlin yeni müharibələrə hazırlıq gördüyünü deyib.

Onun sözlərinə görə, Cənub Hərbi Dairəsi Rusiyanın yeni tarixində döyüşə bilən ən güclü ordu birləşməsidir. İ.Konovalov hesab edir ki, Rusiya Ukraynada, eləcə də Qafqazda yeni müharibənin ola biləcəyi təhlükəsinə hazırlaşır:

“Ukraynada müharibə real görünür. Qafqazda isə müharibənin Dağlıq Qarabağ münaqişə zonasında baş verməsi gözləniləndir. Həmçinin, Moskva Qərb Hərbi Dairəsini möhkəmləndirərək, oradan gələ biləcək təhlükələri önləməyi düşünür. Görünən odur ki, Moskva bütün cəbhələrdə böyük müharibəyə hazırlaşır”.

Bu günün əsas zəbərlərindən biri də Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında ilk telefon söhbətinın vaxtının açıqlanmasıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov telefon söhbətinin yanvarın 28-nə planlaşdırıldığını deyib.

Daha əvvəl Amerika KİV-ində informasiya çıxıb ki, Donald Trampın rusiyalı həmkarı ilə ilk telefon söhbəti şənbə günü olacaq. “Bəli, mən bunu təsdiq edirəm”, - deyə Peskov bildirib.

Gündəmdə olan daha mövzu ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvidir. “Atlantic Council” analitik mərkəzinin elmi işçisi Fabris Potenin yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi üçün lazımı sənədləri hazırlayıb.

Həmçinin ABŞ-ın “Politico” nəşrinin əməkdaşı Syuzen Qlasser də Rusiya barəsində məhdudlaşdırıcı ölçülərin ləğvi haqqında informasiyanı təsdiq edib: “Bir neçə mənbə bildirir ki, fərmana uyğun olaraq sanksiyalar birtərəfli qaydada ləğv ediləcək”.

Donald Trampın məsləhətçisi Kellien Konuey isə “FoxNews” telekanalının efirində deyib ki, sanksiyaların ləğvi imkanına baxılır.

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov “Time” jurnalında dərc olunan məqaləsində Rusiya və ABŞ-ı dialoqu bərpa etməyə çağırıb.

“Bu gün nüvə təhlükəsi yenə real görünür. Bir neçə il ərzində böyük dövlətlər arasında münasibətlər pis vəziyyətə düşüb. Vəziyyəti dəyişmək üçün siyasi dialoqu yeniləmək, birgə hərəkət etmək lazımdır. Əgər bu olmasa, vəziyyət daha da pisləşəcək”, - deyə keçmiş prezident bildirib.

Onun fikrincə, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsinin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmalı və siyasi dialoqu yeniləməlidirlər.

Trampın ABŞ prezidenti seçilməsi isə ölkənin parçalanması ilə nəticələnə bilər. “Yes California” hərəkatının üzvləri hakimiyyətdən konstitusiya dəyişikliyi üzrə referendumun keçirilməsi üçün imzatoplama kampaniyasına başlamağa icazə alıb.

Əgər referendum keçirilərsə və konstitusiya dəyişiklikləri əhalinin əksəriyyəti tərəfindən dəstəklənərsə, Kaliforniya konstitusiyasının əsas maddələri ləğv ediləcək. Bunlar “Kaliforniya ABŞ-ın ayrılmaz hissəsidir” və “Amerika konstitusiyası dövlətin əsas qanunudur” maddələridir.

Konstitusiyaya dəyişiklikləri isə öz növbəsində, Kaliforniyanın ABŞ tərkibindən çıxışı üzrə referendumun keçirilməsini mümkün edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-Türkiyə münasibətlərinin normallaşması üçün yeni prezident Donald Trampla görüşmək niyyətini ifadə edib.

“Mən ləngimədən Trampla görüşmək istəyirəm. Görüşün mövzularından biri Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq. Hazırda bizim strateji əlaqələrimiz yaxşı işləyirmi? Xeyr. Biz onları sağlamlaşdırmalıyıq”, - deyə Türkiyə prezidenti bildirib.

ABŞ və Türkiyənin NATO-nun üzvləri olduğunu xatırladan prezidentin sözlərinə görə, münasibətlərin indiki səviyyəsi NATO ölkələrinin həmrəyliyinə cavab vermir. Ərdoğan qeyd edib ki, xüsusilə müdafiə sənayesi sahəsində münasibətlərin təkmilləşdirməsi Türkiyə və ABŞ arasında əhəmiyyətli məsələdir.

Fevralın 8-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılan Suriya üzrə danşııqlar ayın sonuna təxirə salınıb. Bu haqda Moskvada Suriya müxalifəti ilə görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Suriya üzrə son danışıqlar 23-24 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilib. Danışıqların nəticəsi olaraq Türkiyə, Rusiya və İran 2016-cı il dekabrın 30-da əldə olunan atəşkəs rejiminə nəzarət üzrə üçtərəfli mexanizmin qurulması barədə razılaşıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın Suriya ilə bağlı planının detalları məlum olub. “New York Times” qəzetinə danışan amerikalı səlahiyyətlilər Trampın ABŞ Müdafiə Nazirliyinə (Pentaqona) İŞİD-ə qarşı yeni plan hazırlanmasını təklif edəcək.

Səlahiyyətlilər qeyd edir ki, prezident İŞİD terror təşkilatının de-fakto paytaxtı hesab olunan Rakka şəhərinin azad edilməsi üçün quru qüvvələri və vertolyotlardan istifadə edilməsini istəyir. Yeni plan bir ay ərzində hazırlanacaq və həyata keçiriləcək. ABŞ prezidenti daha əvvəl Suriyada təhlükəsiz bölgə quracağını acıqlayıb.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, İŞİD terror qruplaşması Suriyanın Əl Bab şəhərindən çəkilməyə hazırlaşır. Açıqlamada qeyd edilir ki, terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinə qarşı müqavimətin faydasız olduğunu anlayıb. İŞİD-in bütün təhdidlərinə baxmayaraq, dinc insanların bir hissəsinin şəhəri tərk etdiyi, ancaq şəhərdə hələ də 15-18 min vətəndaşın qaldığı bildirilir.

Rusiya öz qoşunlarını Ukrayna ilə sərhəddə yerləşdirməklə açıq şəkildə genişmiqyaslı müdaxiləyə hazırlaşdığını göstərir. Bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin “5-ci kanal”ın efirində deyib.

“Rusiya Ukrayna ilə sərhəddə hərbi qüvvəni daim saxlayır. O həmçinin sərhəd boyu stabilliyi pozmağa çalışır. Bu, onu göstərir ki, Rusiyanın müdaxiləsi istənilən vaxt daha genişmiqyaslı xarakter ala bilər”, - deyə Klimkin bildirib.

İki gün əvvəl anti-terror məsələləri üzrə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə brifinqdə bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 10,5 mindən çox hərbi qulluqçunun daxil ediləcəyi motoatıcı diviziya formalaşdırır.

Onun sözlərinə görə, diviziyadan Ukraynanın şərqində döyüş əməliyyatlarında istifadə olunacaq.

“Ukrayna sərhədinə yaxın Rusiya Silahlı Qüvvələrinin 150-ci motoatıcı diviziyası fəal şəkildə formalaşdırılır. Ekspertlərin qiymətləndirmələrinə görə, diviziyada 10,5 mindən çox hərbi qulluqçu olacaq. İnspektorlar Novoçerkask ərazisində Rusiya ordusunun böyük artilleriya bölmələrini aşkar ediblər. Ukrayna tərəfi 150-ci diviziyadan Ukrayna ərazilərində istifadə oluna biləcəyini istisna etmir”, - deyə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm