Nida Təhlil
Müharibəyə əyani HAZIRLIQ, ABŞ-a qaçırılan DÖYÜŞ PLANLARI ... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Dağlıq Qarabağ münaqişəsi zonasında qarşıdurma ciddi şəkildə güclənir. Düşmənin şəxsi heyətlə dolu hərbi nəqliyyat vasitəsi məhv edilib. Suriyanın şimalında türk hərbiçilərin Rusiya qırıcıları tərəfindən bombalanması gündəmin əsas mövzularındandır. Donbasdan gələn xəbərlər genişmiqyaslı müharibənin yaxınlaşdığını göstərir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Nazirlik görüntüləri yaysa da, qarşı tərəf itkilər barədə məlumatı yenə də gizlədir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Sülhə getməliyik, yoxsa Azərbaycan bizi...” – İrəvanda İKİNCİ APREL QORXUSU
Dağlıq Qarabağ münaqişəsi zonasında qarşıdurma ciddi şəkildə güclənir. Xüsusilə Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşinin Bakıya ekstradisiyası ilə bir daha məğlub duruma düşən İrəvan rejimi cəbhədə təxribat addımlarını genişləndirir.
Lakin Azərbaycan Ordusunun düşmənin təxribatının qarşısını
uğurla alması nəticəsində Ermənistan ordusu ciddi itkilər verib.
Ermənistan ordusunun itkilər verdiyini erməni siyasi şərhçi Aram
Amatuni də etiraf edib.
Erməni politoloq Aleksandr İskəndəryan isə Qarabağda toqquşmaların
qaçılmaz olduğunu hesab edir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Kremlin sözçüsü Dmitri Peskov Suriyanın Əl-Bab şəhərinin ətrafında türk hərbiçilərinin Rusiya qırıcıları tərəfindən vurulmasını şərh edib. Peskovun sözlərinə görə, terrorçulara zərbələrin vurulması gedişatında rus qırıcıları türk partnyorların verdikləri koordinatları əsas tuturdular.
O bildirib ki, tərəflər hadisənin koordinatların verilməsində ortaya çıxan uyğunsuzluğa görə baş verdiyini qəbul ediblər. “Vəziyyət hər iki tərəfə aydındır və heç bir mübahisə yaranmayıb”, - deyə Peskov vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı isə açıqlayıb ki, aviazərbəyə məruz qalan hərbiçilərin koordinatları hadisədən bir gün əvvəl Xmeymim bazasında olan Rusiya hərbçilərinə verilmişdi. Məlumata görə, türk hərbiçiləri 10 gün ərzində həmin mövqedə idilər.
Qeyd edək ki, türk hərbiçilərin olduğu binanın Rusiya qırıcıları tərəfindən bombalanması nəticəsində 3 nəfər ölüb, 11-i yaralanıb. Rusiya tərəfi baş verənləri "bədbəxt hadisə" adlandırıb və prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğana baş sağlığı verib.
CİA başçısı müharibə üçün gəlmişdi? – “Səhv” bombardmanın arxasındakı ŞOK SİRR
“Yeni Şafak” nəşrinin yazarı İbrahim Karagül türk əsgərlərinin Rusiya qırıcıları tərəfindən vurulmasını şərh edib.
“Təyyarə böhranında bu oyun quraraq Türkiyə ilə Rusiyanı müharibə vəziyyətinə gətirdilər. Bu dəfə də eyni oyun oynanıla bilərmi? Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verməklə və hücumun “səhvən” edildiyini deməklə hadisəyə sürətli şəkildə müdaxilə etdi. Ancaq təyyarə böhranında olduğu kimi, Rusiya bu hadisəni də dərindən araşdırmaq məcburiyyətindədir”, - deyə müəllif yazıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyənin baş naziri Binəli Yıldırım ölkəsində səfərdə olan CİA başçısı Maykl Pompeo ilə görüşüb. Görüşdə terrorla mübarizə və Fəthullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fəthullah Gülənin Türkiyəyə qaytarılması məsələləri müzakirə edilib.
Binəli Yıldırım CİA direktoruna FETÖ ilə mübarizədə Türkiyənin ABŞ-dan gözləntilərini çatdırıb. Baş nazir NATO üzrə müttəfiqi olan ABŞ-ın “Fərat qalxanı” əməliyyatına lazımi dəstəyi vermədiyini vurğulayıb.
Türkiyə polisi dünən İŞİD qruplaşmasına bağlı olduğu ehtimal edilən dörd nəfəri həbs edib. Saxlanılan şəxslər Türkiyədə sensasiyalı terror aktı hazırlamaqda şübhəli bilinilər.
Məlumata görə, Qaziantepdə 150 kiloqram partlayıcı maddə ilə saxlanılanların 24 yerdə terror aktı törədəcəyi ehtimal olunurdu. Burada ən diqqət çəkən məqam isə dünən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Mayk Pompeonun Türkiyədə səfərdə olması idi. Rəsmi məlumata görə, CİA rəhbəri Türkiyədə terrorizmlə mübarizə məsələsini müzakirə edib. Ehtimallar var ki, terror qruplaşmasının hədəflərindən biri də CİA rəhbəri olub.
Fəthullahçı Terror Təşkilatı (FETÖ) Türkiyənin döyüş planlarına aid gizli sənədləri oğurlayıb.
Türkiyənin “Milliyyət” nəşri yazdığına görə, FETÖ polkovnik Baki Kaya üçün oyun qurub. FETÖ 2009-cu ildə Səfərbərlik Tədqiq Təşkilatındakı “Kosmik Oda”nı (gizli otaq) açdıraraq dövlətin arxivini oğurlayıb. Gizli sənədlər arasında Türkiyə Milli Strategiyalar və Hərəkat Dairəsinə bağlı "Ağ qüvvələr"in üzvlərinin adları da var idi.
“Kosmik Oda”dan yoxa çıxan döyüş planları Xüsusi Səlahiyyətli prokurorların əli ilə FETÖ-yə verilib. Sənədləri qəbul edən FETÖ-çülərdən biri TÜBİTAK-ın (Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı) keçmiş işçisi Ünal Tatardır. Tatar əldə etdiyi sənədləri ABŞ-a apararaq Fəthullah Gülənə çatdırıb.
Prokurorluq “Kosmik Oda”da dövlətinin təhlükəsizliyi baxımından həyati dərəcədə əhəmiyyətə sahib çox gizli dövlət sirri olan 320 rəqəmsal məlumatın olduğunu müəyyənləşdirib. Bundan başqa, Müqavimət Təşkilatının (“Ağ qüvvələr”) üzvlərinin adlarının olduğu 212 səhifəlik sənəd də həmin sənədlər arasında olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında Kiyev və Moskvaya səfər edəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. O, səfərin tarixinin hələ dəqiq müəyyənləşdirilmədiyini deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiya dəyişikliyi ilə bağlı qanun layihəsini təsdiqləyib. Qanun layihəsi baş nazirə göndərilib. Baş nazir Binəli Yıldırım konstitusiyaya dəyişikliklərlə bağlı referendum aprelin 16-da keçiriləcəyini açıqlayıb.
Yanvar ayının sonunda baş verən dördgünlük döyüşlərdən sonra nisbi sakitlik yaransa da Donbasdan həyəcanlı xəbərlər gəlməkdədir. Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçukun feysbuk səhifəsində yazdığına görə, Rusiya Donbas ərazisində gücləri yenidən qruplaşdırır və regiona əlavə bölmələri göndərir.
Onun sözlərinə görə, Donbas ərazisində Rusiyanın ixtisaslı hərbiçilərindən ibarət yeni qruplar qeydə alınıb.
Dünən isə analoji iddia ilə Donbas separatçıları çıxış edib. “Luqansk Xalq Respublikası” separatçı qurumun “xalq milisi”nin nümayəndəsi Andrey Marçenkonun sözlərinə görə, Ukrayna ordusu mümkün hücum əməliyyatı üçün separatçılarla təmas xəttinə tanklar və ağır artilleriya toplayır.
Litva prezidenti Dalya Qribauskayte isə Riqada çıxışında deyib ki, Rusiya və Belarusun “Qərb-2017” birgə hərbi təlimləri Moskva və Minskin Qərblə müharibəyə hazırlaşdığını göstərir. “Biz müxtəlif təhlükələrin olduğunu və onların artdığını görürük. Həmçinin, “Qərb-2017” təlimlərini narahatlıqla gözləyirik. Təlimlər çərçivəsində Qərblə müharibəyə əyani hazırlıq gedir”, - deyə Qribauskayte bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya SSRİ-nin məğlubiyyətinin əvəzini çıxır? - Əfqanıstanda dəyişən ROLLAR
ABŞ Konqresinin respublikaçı senatoru Con Makkeyn də Rusiyaya yönəlik ittihamlar səsləndirib. Senatın silahlı qüvvələr üzrə komitəsinin iclasında çıxış edən Makkeynin sözlərinə görə, Rusiya Əfqanıstan münaqişəsinə müdaxilə etməklə və “Taliban” hərəkatını dəstəkləməklə münaqişənin nizama salınması üzrə ABŞ-ın səylərinə mane olur.
Komitə iclasının gedişatında ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanı, general Con Nikolson da eyni fikirləri dilə gətirib.
Xatırladaq ki, hələ ötən ilin sonunda "Reuters" agentliyi Amerika rəsmiləri və hərbçilərinin Rusiya və "Taliban" arasında münasibətlərin inkişaf etməsindən son dərəcə narahat olduğunu yazıb. Əgər yazılanlara inansaq, proseslərin dəyişən ssenari üzrə inkişaf etdiyini deyə bilərik.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Yahoo News” portalına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd ABŞ ordusunun ölkəsinə gəlməsi üçün əsas şərti açıqlayıb.
“Biz rusları dəvət etdik və Rusiya bu işdə səmimiyyət göstərdi. Əgər amerikalılar da eyni səmimiyyəti göstərərsə, terrorçularla mübarizə aparmaq və qalib gəlmək istəyən hər bir ölkə kimi Suriyaya gələ bilər. Ruslar yalnız öz qoşunlarını göndərmədilər, hər şeydən əvvəl onlarda dəqiq siyasi mövqe var. Buna görə də ruslar Suriyada terrorçularla mübarizədə müvəffəqiyyət qazana bildilər”, - Əsəd əlavə edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Suriya prezidenti suriyalılar onu bu vəzifədə görmək istəmədikləri gün vəzifəsini tərk edəcək. “Bu, prinsipial mövqeyimdir”, – prezident bildirib.
ABŞ prezidenti Donald Tramp İranla münasibətləri daha da gərginləşdirəcək növbəti bəyanat verib. Prezident İsrail mediasına müsahibəsində nüvə sazişini İsrail üçün fəlakət adlandırıb.
“İranla nüvə razılaşması İsrail üçün fəlakət oldu. Mən biznesmen kimi yaxşı razılaşmanı pis razılaşmadan ayıra bilirəm. Bu razılaşmanı anlamaq mümkün deyil”, - deyə ABŞ prezidenti vurğulayıb.
İranda İslam inqilabının 38 illiyi münasibəti ilə təşkil edilən mitinqdə çıxışı zamanı İran prezidenti Həsən Ruhani söyləyib ki, Tehran öz ünvanına səsləndirilən bütün təhdidlərlə sərt cavab verəcək.
“Bir müddət öncə hakimiyyətə gələn bütün siyasətçilər, xüsusilə ABŞ-da, bilməlidirlər ki, İranla ehtiramla danışıq lazımdır. İrana qarşı təhdid dilindən istifadə edən hər kəs buna görə peşman olacaq. İran xalqı istənilən təhdidə sərt cavab verəcək. Biz heç bir halda inqilab yolundan dönməyəcəyik”, – o bildirib.
Ömər Dağlı
-
Rəsmi xronika13:53
“Bu, Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO