Nida Təhlil
Əliyev Paşinyanın gizlətdiyi iki bəndi ilk dəfə açıqladı - Bakı nə tələb edir?
Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Ermənistanla sülh sazişi sənədinin 17 maddəsinin 15-nin razılaşdırıldığını, ikisinin razılaşdırılmadığını bildirib. Bu, sülh sazişində razılaşdırılan və razılaşdırılmayan maddələrlə bağlı Bakıdan ilk rəsmi açıqlamadır.
İndiyə qədər Ermənistan mütəmadi olaraq bu haqda danışırdı, lakin Paşinyan da daxil olmaqla erməni rəsmilər “razılaşdırılmayan maddələrin” nələri ehtiva etdiyini gizlədirdi. Əliyev isə bütün detalları açıqladı və iki maddənin nədən ibarət olduğu aydın oldu:
- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası;
- Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin dayandırılması;
Kazan görüşündə tərəflər hər iki maddə üzrə razılaşa biləcəklərini nümayiş etdiriblər.
Birinci maddə - beynəlxalq iddialardan imtina məsələsində razılaşma mümkün görünür, çünki İrəvanın bundan imtina etməsi Azərbaycana vurulan zərərin – təqribən 150 milyard dollar – ödənilməsi reallığı ilə üzləşməsi deməkdir. Əliyev bununla bağlı xəbərdarlıq mesajı göndərdi.
İkinci maddənin – Aİ-nin müşahidəçilərinin bölgədən çıxarılmasının Cənubi Qafqazda güc balansını tamamilə dəyişə biləcək amil olduğunu nəzərə alsaq, bu məsələdə razılaşma asan görünmür.
Azərbaycanın da iştirakı ilə əldə olunan ilk razılaşmaya görə, müşahidəçilərin bölgədəki missiyası iki ay müddətində nəzərdə tutulsa da, sonradan bu müddət uzadıldı və say tərkibi artırıldı. “Müşahidəçi” adı altında 1500 nümayəndənin olduğu haqda məlumatlar var və iştirakçı ölkələrə baxdıqda, xüsusilə Aİ üzvü olmayan Kanadanın timsalında, Əliyevin də dediyi kimi, sərhədimizdə NATO missiyasının fəaliyyət göstərdiyini demək mümkündür. Bakı İrəvandan bu missiyaya son qoyulmasını tələb edir. Lakin bunun tamamilə İrəvanın iradəsindən asılı olduğunu demək çətindir.
Aİ-nin müşahidə missiyası gələn ilin fevralında başa çatır. Brüssel müddətin uzadılmasında maraqlıdır, 2025-ci ildə Aİ-yə rəhbərlik edəcək Polşanın prezidenti Andjey Dudanın Arazdəyənə səfəri, Fransa başda olmaqla Avropa ölkələrinin İrəvandakı səfirlərinin sərhəddə müşahidəçilərlə intensiv görüşü də bundan qaynaqlanır. İstisna deyil ki, missiyanın uzadılması məsələsi tezliklə Aİ-də müzakirəyə çıxarılacaq və yekdil qərarın çıxarılmasına çalışacaqlar. Çünki Aİ müşahidəçiləri Qərbin Cənubi Qafqazda mövcudluğunun əsas platformalarından biridir. Gürcüstanda “Gürcü arzusu”nun qələbəsi və Avropanın əsas ümidi olan Zurabişvilinin yerinə yeni prezidentin seçilməsindən sonra Ermənistan və bu ölkədəki Aİ missiyasının Qərb üçün əhəmiyyəti daha da artıb.
Bakının missiyanın çıxarılması istiqamətində iki gedişi qalır:
1. Macarıstan üzərindən Aİ-də yekdil qərarın çıxarılmasının qarşısını almaq: missiyanın müddətinin uzadılması ittifaqın 27 üzv dövlətinin yekdil qərarından asılıdır, hərçənd, nəticənin əldə edilməsi asan görünmür;
2. Ermənistan qarşısında şərt kimi irəli sürmək ki, Bakının iki tələbindən biri budur və İrəvan bunu etmədiyi müddətdə sülhün imzalanması da üfüqdə uzaqlaşır;
Hərçənd, hər şey bununla da bitmir. Bakının daha iki tələbi var.
- Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyanın dəyişdirilməsidir;
- ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure ləğv edilməsi üçün Ermənistan Azərbaycanla eyni mövqedən çıxış etməlidir;
Ermənistan Minsk qrupu məsələsində razılaşa bilər, lakin bundan hələki danışıqlarda “əlini gücləndirmək” üçün kart kimi istifadə edəcəyi görünür. Konstitusiyanın dəyişdirilməsi isə qarşıdakı iki ildə nəzərdə tutulur. Beləliklə, Bakının tələbləri qəbul edilmədiyi müddətdə İrəvanla yekun sülh uzaqdadır.
Asif Nərimanlı
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































