Nida Təhlil
Putinin 3 ilə görəcəyi CƏSƏD, sağ qalmaq üçün REVANŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Fevralın 25-də Azərbaycan-Ermənistan təmas xəttində yaranan gərginliyin səbəbləri üzə çıxmağa başlayıb. PKK terror təşkilatı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 52 agentini bir gündə edam edib. Şotlandiya Böyük Britaniyadan ayrılmaqla bağlı təkrar referendum keçirmək niyyətindədir. ABŞ Konqresində qanun layihəsi vasitəsilə Rusiyanın iqtisadi blokadasını təşkil etməyə çalışırlar.
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markovun sözlərinə görə, Dağlıq Qarabağda gərginliyə səbəb olan hücumu Ermənistan tərəfi edib.
“Biz mənzərəni tam aydınlaşdıra bilməsək də, erməni hərbi
nümayəndələrinin bəyanatları hücumun onlar tərəfindən edildiyini
göstərdi”, - politoloq deyib.
S.Markov Ermənistanın hücuma keçməsinin 4 səbəbini və əsas planını
açıqlayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Erməni hüquq müdafiəçisi Janna Aleksanyan Ermənistan ordusunda ciddi və böyük problemlərin mövcud olduğunu bildirib.
“Müdafiə naziri Viqen Sarkisyan bu problemləri həll etməkdənsə,
əsgərin siqaret çəkib-çəkməməsinə qərar verir”, - Janna Aleksanyan
deyib.
Hüquq müdafiəçisi V.Sarkisyan tərəfindən orduya dəstək əsası ilə
təqdim edilmiş “1000 dram” layihəsini sərt şəkildə tənqid edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Böyük Britaniyada fəaliyyət göstərən “Jane's
Intelligence” analitik mərkəzi Dağlıq Qarabağda erməni hücumu
nəticəsində başlanan gərginliklə bağlı məqalə
hazırlayıb. Məqalədə qeyilir ki, Qarabağda müharibə
qaçılmaz görünür və Azərbaycan ərazilərini azad edəcək”.
Mərkəz qeyd edir ki, Azərbaycanın taktikası Ermənistan üçün sürpriz
olacaq. “Ermənistan indiyə qədər müdafiə və diplomatik taktikasını
gücləndirə bilmədi”, - deyə məqalədə bildirilir.
“Atəşkəsi pozan, hücum edən Ermənistandır. Dağlıq
Qarabağın işğalı məsələsi həll edilməyib. Türkiyənin də üzvü olduğu
ATƏT-in Minsk qrupu ədalətli təmin etməyib”. Bu
barədə Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət
Baxçalı deyib.
D.Baxçalı qeyd edib ki, artıq zaman daralır, səbir tükənir:
“Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir. Türk
millətinin qəlbi Dağlıq Qarabağda döyünür. 25 il önsə Xocalıda
itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Qardaş
Azərbaycana başsağlığı verirəm”.
Türkiyənin Baş naziri Binəli Yıldırım da Dağlıq Qarabağ münaqişəsindən danışıb. “Dağlıq Qarabağ illərdir qanayan yaradır. Azərbaycan torpaqları erməni quldurları tərəfindən işğal edilib. Azərbaycanın dərdi bizim dərdimizdir. Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”, - deyə o bildirib.
PKK terror təşkilatı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 52 agentini bir gündə edam edib. Bu dəhşətli iddianı “Türkiye Gazetesi”nin əməkdaşı Nuru Eibolun yüksək vəzifəli təhlükəsizlik səlahiyyətlilərinə istinadən yazıb. Onun sözlərinə görə, bu Fəthullahçı Terror Təşkilatının (FETÖ) PKK-ya verdiyi siyahı nəticəsində mümkün olub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu suriyalılara vətəndaşlığın verilməsi və Rakka əməliyyatı üçün referendum keçirilməsi təklifi ilə çıxış edib.
“İndi deyirlər ki, suriyalılara vətəndaşlıq verəcəyik. Bunu hansı əsasla edəcəksən? Bu məsələnin həlli üçün referenduma gedək. Millətdən qorxmamaq lazımdır”, - partiya sədri bildirib.
Rusiya Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində şübhəli bilinən şəxslərin tutulması haqqında Cənubi Koreya hakimiyyətinin xahişini yerinə yetirməyib. Bu haqda “JoongAng Ilbo” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Malayziya polisi Şimali Koreyanın qətldə şübhəli bilinən dörd vətəndaşının (Li Çji Xyon, Li Çje Nam, Xon Çon Xak və O Çjon Qil) ölkəni dərhal tərk etdiyini müəyyən edib. Müəyyən edilib ki, onlar Cakarta, Dubay, Moskva və Vladivostok aviareyslərindən istifadə ediblər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə isə bildirib ki, Şimali Koreya liderinin qardaşını öldürməkdə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı Rusiyaya rəsmi müraciət olmayıb.
“Məlum olduğu kimi Şimali Koreya vətəndaşının Kuala-Lumpur aeroportunda öldürülməsi işini Malayziya tərəfi aparır. Sözügedən ölkədən bizə şübhəlilərin saxlanılması ilə bağlı rəsmi müraciət daxil olmayıb”, - mənbə bildirib.
ABŞ-ın keçmiş prezidenti Barak Obama və onun komandası Ağ Evi etibardan salan informasiyaların KİV-ə sızdırılmasının arxasında dayana bilər. Bu haqda ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Donald Tramp bunu milli təhlükəsizlik nöqteyi-nəzərindən çox pis hal adlandırıb. ABŞ prezidentinin sözlərinə görə, Obamanın komandası həmçinin respublikaçılara qarşı keçirilən etiraz aksiyaları ilə bağlı ola bilər.
“Bu, siyasətdir. Hər şey təşkil edilib. Bu halda heç vaxt dəqiq bilmək olmaz ki, əslində kulislərin arxasında nə olur”, - deyə Donald Tramp vurğulayıb.
Qeyd edək ki, Tramp Ağ Evin daxili “mətbəxi” haqqında informasiyaların KİV-ə sızdırılması ilə əlaqədar hiddətini dəfələrlə ifadə edib. Mənbələrə istinadən CNN telekanalı bildirib ki, Tramp səlahiyyətli orqanlar tərəfindən prezident aparatının əməkdaşlarının telefonlarının yoxlanılmasına razılıq verib.
“Rusiya prezidenti Vladimir Putin tezliklə öz düşməninin - Ukraynanın cəsədini görəcək”. Bunu Ukrayna hüquqşünası Tatyana Montyan deyib.
Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə Ukrayna layihəsinə dəstəklə bağlı öz müvəffəqiyyətsizliyini etiraf edəcək və bununla biabır olacaq. Ukrayna hüquqşünası vurğulayıb ki, ABŞ-ın biabırçılığı və səhvi çox tezliklə bütün dünyaya aydın olacaq.
“İki-üç il sonra Putin öz düşməninin üzən cəsədini görəcək. Ona yalnız “Konfutsiya resepti” üzrə gözləmək qalır”, - o deyib.
Montyan əmindir ki, Donald Tramp Ukrayna yükünü üzərindən atmaq üçün Rusiyaya “zombi-əhali” tərəfindən dağıdılmış bu ölkə ilə məşğul olmağı təklif edəcək. Ukrayna hüquqşünası qeyd edib ki, bu, Vladimir Putinə lazım olmayacaq.
Moskva Suriya barəsində heç bir yeni sanksiyaları dəstəkləməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstan prezidenti Almazbek Atambayevlə Bişkekdə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sanksiyalar hazırda yersizdir və yalnız danışıq prosesinə mane olacaq.
Daha əvvəl də Kremldən bildirilib ki, Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı sanksiyalar üzrə qətnaməyə veto qoyacaq. Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsi 2016-cı ilin dekabrında Böyük Britaniya və Fransa tərəfindən hazırlanıb.
Rusiya prezidenti mətbuat konfransında həmçinin Rusiya hərbi bazasının Qırğızıstan çıxarılmasının şərtini açıqlayıb. Putinin sözlərinə görə, bunun üçün rəsmi Bişkekin tələbi olmalıdır.
“Qırğızıstan nə vaxtsa, öz silahlı qüvvələrini möhkəmləndirdiyini və Rusiya bazasına ehtiyacın olmadığını bildirsə, biz həmin gün gedəcəyik”, - Rusiya prezidenti qırğız həmkarı Almazbek Atambayevlə Bişkekdə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.
O həmçinin qeyd edib ki, Rusiya Qırğızıstanda hərbi kontingenti yerləşdirməyə ehtiyac görmür:
“Bu, yalnız Qırğızıstanın özündə təhlükəsizliyin təmin olunması ilə bağlıdır”.
Zəngin neft ehtiyatları olan Liviyada Rusiyanın təsiri hər gün artır. Bu haqda İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin siyasi müşahidəçisi Ulrix Şmid yazıb.
Rusiyanın “Rosneft” dövlət neft konserninin rəhbəri İqor Seçin və Liviya neft şirkətinin (NOS) başçısı Mustafa Sanal bir neçə gün əvvəl Londonda əməkdaşlıq haqqında razılaşmanı imzalayıb.
“Bütovlükdə, son zamanlar Rusiya açıq-aydın hücum xarakterli neft strategiyasına tərəfdardır. İki həftə əvvəl Rusiya dünyada ən böyük neft istehsalçısı statusunu Səudiyyə Ərəbistanından aldı. 2016-cı ilin dekabrında Misir sahilində neft yatağında pay əldə etdi. İndi isə Rusiya Afrikada ən böyük neft ehtiyatlarına malik olan Liviyada strateji maraqlarını ifadə edir” - siyasi müşahidəçi vurğulayıb.
Ulrix Şmid qeyd edir ki, Rusiya prinsip etibarilə sadəcə köhnə ənənələri yada salır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ Konqresində qanun layihəsi vasitəsilə Rusiyanın iqtisadi blokadasını təşkil etməyə çalışırlar. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, sözügedən qanun layihəsi Birləşmiş Ştatların prezidenti Donald Trampa Moskvaya qarşı sanksiyaları yüngülləşdirməyə icazə verməyə bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Şotlandiya Böyük Britaniyadan ayrılmaqla bağlı təkrar referendum keçirmək niyyətindədir. Martın 17-də Şotlandiyanın müstəqilliyi haqqında referendumun keçirilməsi elan edilə bilər.
Şotlandiyanın birinci naziri, Milli Parlamentin lideri xanım Nikola Stercenin sözlərinə görə, Şotlandiyanın maraqları “Brexit” (Böyük Britaniyanın Avropa İttifaqına üzvlük məsələsinin çıxarıldığı referendum –red.) zamanı nəzərə alınmamışdı.
O bildirib ki, buna görə də Şotlandiyaya “daha bir şans” – müstəqillik üçün təkrar referendum lazımdır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO