Nida Təhlil
Putindən Sarkisyana Qarabağ tapşırığı: “Ya dediyimi et, ya da..” – YENİ PLAN
Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya
səfərinin vaxtı məlum olub.
Publika.az xəbər verir ki, "İzvestiya" nəşri İrəvandakı
diplomatik mənbələrə istinadən Sarkisyanın martın 14-də Moskvaya
səfər edəcəyini yazıb.
Kremlin mətbuat katibi Dmitri Peskov da bu məlumatı
təsdiqləyib.
Hər şeydən öncə Sarkisyanın öz təşəbbüsü ilə Rusiyaya getməsi
diqqət çəkir. İndiyə qədər bir çox hallarda o, məhz Putinin
çağırışı ilə Moskvada olmuşdu. Lakin bu dəfə təşəbbüs Ermənistan
prezidentindən gəldi. Hesab etmək olar ki, Sarkisyanın Putindən
istəkləri olacaq. Ermənistan mediası Sarkisyanın aprelin 2-də
Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Moskvadan
öz varisi Viqen Sarkisyana dəstək almaq istəyində olduğunu yazıb.
Bu dəstək alınmasa da, Sarkisyan ən azından Rusiyanın adamı Karen
Karapetyanın nüfuzunu zəiflətməyə çalışacaq.
Lakin "İzvestiya"nın yaydığı məlumatda "səfər zamanı əsasən
Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq" qeydi diqqət çəkir.
Cəbhədə gərginliyin davam etdiyi bir vaxtda Sarkisyan Putindən nə
istəyə bilər, yaxud konkret hansı məsələlər ətrafında müzakirələr
gedəcək?
Ümumilikdə Serj Sarkisyanın Moskva səfərində açıq qalan suallar
var.
"Armenianreport" saytı yazır ki, Sarkisyan Moskvaya Ermənistan üçün
yox, özü üçün gedir: "Seçki ərəfəsində Sarkisyan Putini inandırmağa
çalışacaq ki, ona dəstəyi kəsməsinlər. Çünki o, indiyə qədər
Rusiyanın bütün planlarına uyğun hərəkət edib. Bu məsələ Putin üçün
olduqca asandır. Çünki onun Sarkisyana kifayət qədər təsir
mexanizmi var. Lakin Ermənistan Prezident Administrasiyası
Sarkisyanın Moskva səfərindən fil düzəldəcək, şişirdəcəklər.
Putinin ona göstərişləri haqda isə sadəcə susacaqlar".
Sayt qeyd edir ki, Sarkisyan Putinlə görüşdə Rusiyanın
Azərbaycana silah satması, rus siyasətçilərin Bakıya açıq dəstək
verməsi məsələlərini qaldırmayacaq: "Sadəcə susacaq, çünki o,
Kremlə özünü xilas etmək üçün gedir".
Erməni şərhçi Aram Amatuni isə Sarkisyanın Moskvaya hesabat verməyə
getdiyini yazır.
"Sarkisyan Brüsseldə Avropa İttifaqı və NATO nümayəndələri ilə
görüşdü. Yəqin ki, martın 14-də Sarkisyan Moskvada Putinə Brüssel
səfəri və Avropadakı danışıqları haqda hesabat verəcək. Putin ona
necə hərəkət etməyi, Avropa İttifaqı ilə çərçivə sazişini
imzalayıb-imzalamamaq haqda tapşırıqlar verəcək. Güman ki,
Rusiyanın cavabı indi bəlli olmayacaq. Ermənistan və Avropa
İttifaqı arasında münasibətlərin gələcəyi Rusiya-Avropa
münasibətlərinə uyğun qurulacaq. Bu, Ermənistan üçün olduqca
kədərlidir", - deyə A.Amatuni bildirib.
"Lragir" saytı isə Putinin Moskvada Sarkisyana Qarabağla bağlı
danışıqları yeniləmək tapşırığı verəcəyini yazıb: "Putin Moskvanın
vasitəçiliyi ilə üçtərəfli danışıqlar təklif edə bilər. Lakin bu
format bir neçə dəfə uğursuz olub. Güman ki, Moskva danışıqların
yenilənməsi əvəzində Ermənistana daha sıx hərbi-siyasi münasibətlər
təklif edəcək. Sarkisyan razılaşmasa belə, Putinin ona kifayət
qədər təzyiq rıçaqı var. Və o deyə bilər: "Ya dediyimi et, ya
da...". Bunun alternativ variantı yoxdur. Çünki Sarkisyanın Putinin
dediyini edəcəyi şübhəsizdir".
Asif
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO