Nida Təhlil
Sarkisyanı öldürmək planı: düşmən ölkədə çaxnaşma – İrəvan Qarabağda müharibəyə hazırlaşır
Ermənistanda parlament seçkiləri öncəsi siyasi şou davam
edir.
Publika.az xəbər verir ki, düşmən ölkənin prezidenti və
digər yüksək səviyyəli rəsmilərinin olduğu helikopterin
partladılması planının olduğu haqda informasiyalar gündəmə
gəlib.
Ermənistan təhlükəsizlik orqanlarının məlumatına görə, Gürcüstandan qeyri-qanuni yolla gətirilən “İqla” daşınabilən zenit-raket kompleksi tutulub.
Məlumata görə, bu kompleksi qondarma DQR-in keçmiş “müdafiə
naziri”, hazırda “ORO”-da (keçmiş müdafiə naziri Seyran Ohanyan,
“İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər
naziri Vardan Oskanyanın yaratdığı seçki bloku-red) təmsil olunan
Samvel Babayandır. Hətta “İqla”nı Ermənistana daxil etmək
istəyərkən tutulan şəxslər də sifarişçinin Babayan olduğunu
deyiblər.
Babayan həbs olunub, lakin onun vəkili ittihamları qəbul
etmədiklərini deyir.
Qeyd edək ki, martın 12-də “ORO” blokunun Armavir rayonunun Crarat
kəndində keçirdiyi təbliğat kampaniyasına müdaxilə olmuşdu. Martın
14-də isə kənddəki blokun tərəfdarlarına silahlı hücum baş verdi.
Bundan sonra Samvel Babayan hakimiyyəti təhdid edərək, “biz əlimizə
silah alsaq, bu, yaxşı olmayacaq” açıqlamasını verdi.
Bu proseslərin ardınca, martın 17-də “Jamanak” qəzeti Samvel
Babayanın Sarkisyan hakimiyyətinə qarşı qiyam hazırladığını
yazdı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Əgər “Ohanyan-Raffi-Oskanyan” bloku seçkidə parlamentdə təmsil
olunmasa, silahlı üsyan başlayacaq. Bu üsyanı Samvel Babayan təşkil
etməyə hazırlaşır”, - deyə qəzet qeyd edirdi.
Bu informasiyaların fonunda Samvel Babayanın “İqla” idxal edərək,
Sarkisyanı öldürmək planının olması məntiqə uyğundur. Lakin burada
Sarkisyan hakimiyyətinin şou düzəltdiyi variantı daha inandırıcı
görünür.
Bu proseslərlə bağlı bir neçə versiya ilə çıxış etmək olar:
İlk versiya “ORO” blokuna zərbə vurmaqdır. Hansı ki, hazırki
hakimiyyətdə təmsil olunmuş Seyran Ohanyanın bu blokda olması
Sarkisyan üçün kifayət qədər təhlükə yaradır. Çünki Ohanyan indiki
hakimiyyətin sirlərinə agahdır. Ovanesyan müxalifətdə ciddi gücə
sahib olan “İrs” partiyasının sədridir. Vardan Oskanyan isə keçmiş
xarici işlər naziri olaraq, nüfuza malikdir. Həmçinin, Oskanyan
Qərb tərəfindən müəyyən qədər dəstək alır. Samvel Babayanı sıradan
çıxarmaqla, “ORO” blokuna zərbə vurmaq gedişi burada aydın görünür.
Bir neçə həftə öncə “aprel müharibəsi”ndə məğlubiyyətin səbəbini
Seyran Ohanyanın üzərinə yıxmaq cəhdi də bu blokun hakimiyyətin
hədəfində olduğunu, həmçinin, hakimiyyətə ciddi təhlükə yaratdığını
təsdiqləyir.
İkinci versiya Samvel Babayanın özünün neytrallaşdırılmasıdır.
Çünki vaxtilə Qarabağ müharibəsində əllərini azərbaycanlıların
qanına kifayət qədər batırmış, qəddarlığı ilə ad çıxarmış bu şəxsin
silahlı qiyam hazırlaya biləcək potensialı var. Bu baxımdan,
Sarkisyan hakimiyyəti Babayanı neytrallaşdıraraq, “sabitliyi bərpa
etmək” gedişi edir.
Üçüncü versiya Serj Sarkisyanın martın 14-də Moskvaya səfəri ilə
bağlıdır. Hesab etmək olar ki, Moskva özünün adamı olan Karen
Karapetyanın da təmsil olunduğu Sarkisyan hakimiyyətinə açıq
dəstəyini ifadə edib və əsas alternativ olan “ORO” blokunu sıradan
çıxarmaq planına imza atıb.
Baş verənlər Ermənistanda seçki öncəsi vəziyyətin daha da
gərginləşəcəyinə işarə edir. Gərgin seçki atmosferi isə aprelin
2-si-seçki gününə qədər Ermənistanın diqqəti yayındırmaq üçün
cəbhədə təxribat hücumlarını artıracağı ehtimalını da
gücləndirir.
Burada digər məqam isə Samvel Babayanın tərəfdarlarının ata
biləcəkləri addımdır. İstisna deyil ki, ötən ilin iyulunda həbs
olunan keçmiş döyüşçü Jirayr Sefilyanın tərəfdarlarının polis
alayının binasının tutaraq qiyam qaldırdığı kimi, Babayanın da
tərəfdarları eyni ssenariyə əl ata bilər. Əgər belə olarsa, İrəvan
rejimi “xilası” yenə də cəbhədə gərginliyin yüksək səviyyəyə
çıxarılmasında görəcək.
Asif Nərimanlı
-
Sosial18:12
Prezidentlə xanımı xocalılılarla... - VİDEO
-
Dünya17:36
İrlandiya da Fələstini tanıdı
-
Səhiyyə16:56
Yeni virus ortaya çıxdı: 3 gün ərzində öldürür
-
Hadisə16:40
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU
-
Region15:48
Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev
-
Kriminal15:24
Azərbaycanda 14 və 16 yaşlı iki qıza təcavüz edən şəxsə bu qədər cəza verildi
-
Dünya14:53
Dünyanın ən böyük fəlakəti üzə çıxdı: 10 ildən sonra görün nə baş verəcək
-
Sosial14:28
Rəşid Mahmudovun qızı kürəkəni tərəfindən qətlə yetirilib? - AÇIQLAMA