Flora Kərimovanın vəkili Afətin saxlanılmasından danışdı: "Lap yaxşı, deməli..."
Bizi izləyin

Magazin1

Flora Kərimovanın vəkili Afətin saxlanılmasından danışdı: "Lap yaxşı, deməli..."

"Afət Fərmanqızının saxlanılmasından məlumatsızam. Saxlanılıbsa, lap yaxşı, deməli, işimiz irəli gedəcək"

Publika.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Flora Kərimovanın vəkili Xavər İsmayılova müğənni Afət Fərmanqızının saxlanılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Vəkil bildirib ki, Afət Fərmanqızı ilə bağlı məhkəmə qərarının icrası Binəqədi rayon Polis Şöbəsinə göndərilib:

"Məhkəmə qərar verib, onun barəsində həbssiz axtarış elan olunub. Onun icrası da Binəqədi rayon Polis Şöbəsinə göndərilib. Qərarın icrasından xəbər yox idi. Səbəb də bu idi ki, Afət xanım Azərbaycana gəlmirdir. Bakıya qayıdan kimi Binəqədi Polis Şöbəsi onu saxlayıb məhkəməyə gətirməli idi. Polis öz vəzifəsini icra edib".

Xavər İsmayılova Afət Fərmanqızının məhkəmədən yayındığını qeyd edib.

Qeyd edək ki, bu gün müğənni Afət Fərmanqızının saxlanılması ilə bağlı məlumat yayılıb.

Xatırladaq ki, Xalq artisti Flora Kərimovayla olan məhkəmə çəkişməsinə görə Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən barəsində həbssiz axtarış elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm