Nida Təhlil
ABŞ-la dostluq və Bakı-Tiflis-Ceyhan neft kəməri... – “Yeni SSRİ”dən daha şirin AZADLIQ
Liderlər öz dünyagörüşlərini dəyişdirsələr və Rusiya Avropa dövləti olması faktını qəbul etsə, Avrasiya İqtisadi İttifaqı 10-20 il yaşamayacaq.
Bu proqnozu Amerika politologiyasının patriarxı, məşhur sovetoloq, geostrateq və ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Sbiqnev Bjezinski Gazeta.ru saytına müsahibəsində səsləndirdi və Avrasiya İqtisadi İttifaqının sonunu qabaqcadan xəbər verdi.
“Lider tərkibi öz dünyagörüşüsünü dəyişdirəcəyi halda, Avrasiya İqtisadi İttifaqının 10-20 il yaşayacağına şübhə edirəm”, - politoloq bildirib.
Bundan başqa, o qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı Avropanın qərb hissəsi ilə Rusiyanın münasibətlərinin normallaşması müddətində lazımsız olacaq.
Bakı-Tiflis-Ceyhan neft kəməri əngəli
Bjezinski Avrasiya İqtisadi İttifaqının taleyi haqqında ilk dəfə deyil ki, bu şəkildə çıxış edir. O, hələ 2012-ci ilin dekabrında ABŞ Konqresində çıxışı zamanı bildirirdi ki, Müstəqil Dövlətlər Birliyi (MDB) çətin ki, Avrasiya İqtisadi İttifaqına qoşulmağı istəyəcək.
“Avrasiya İqtisadi İttifaqına qoşulmağı kim istəyəcək? Mən düşünmürəm ki, siyahı uzun olacaq”, - politoloq proqnozlaşdırırdı.
Bjezinski qeyd edirdi ki, mümkün namizəd Gürcüstandır. Amma onun sözlərinə görə, Rusiya ilə ittifaqı ABŞ-la dostluq və Bakı-Tiflis-Ceyhan neft kəmərini itirmək bahasına başa gələ bilər.
Bjezinski daha sonra Mərkəzi Asiya ölkələrinin “Yeni SSRİ”yə birləşməsinin mümkünlüyünü şərh edirdi. “Nazarbayevin başçısı olduğu Qazaxıstan? Çox şübhəlidir. O, Rusiya, Çin və bütün qalan dünya arasında çox yaxşı manevr edir. Kərimovun Özbəkistanı? Şans daha azdır. Özbəkistan dövlət müstəqilliyi məsələlərində çox möhkəmdir”, - Bjezinski 2012-ci ildə proqnozlaşdırırdı.
Proqnozlaşdırıldığı kimi Gürcüstan Avrasiya İqtisadi İttifaqına üzv olmadı və onun üçün bu mövzu demək olar ki, bağlanıb. Amma bu dörd il ərzində Ermənistan və Qırğızıstan quruma qoşuldu.
Moldova yolayrıcındadır. Martın 30-da Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra Moldovanın baş naziri Pavel Filip bildirib ki, parlament hətta ölkənin Avrasiya İqtisadi İttifaqına müşahidəçi kimi qəbul olunacağı halda Kişnyov və Moskva arasındakı razılaşmanı təsdiqləməyəcək. Moldova prezidenti İqor Dodon isə martın ortasında deyib ki, sözügedən razılaşmanın imzalanması aprelin 3-də olacaq (Bu gün Moldova və Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb – red.)
Sovet imperiyası üzrə nostalgiya
“Ukraynanın Avropa üzrə seçimi Avrasiya İqtisadi İttifaqının perspektivlərinə zərbə oldu. Bu seçimin həm Rusiya, həm də Ukrayna üçün nəticələri haqqında heç danışmıram”, - Bjezinski daha sonra deyirdi.
O, müsahibələrin birində bildirirdi ki, Avrasiya İqtisadi İttifaqı SSRİ nostalgiyasıdır və reallığa söykənmir.
“Fakt ondan ibarətdir ki, nə qazax, nə ukraynalı, nə də belorus yenidən dirilən imperiyanın hissəsi olmaq istəmir. Keçmiş Sovet respublikaları və ilk növbədə milli elitalar bir liderin hakimiyyəti altında yeni struktura müqavimət göstərəcəklər. Bütün bunlardan daha sərt forması Ukraynada müşahidə edildi”, - o deyib.
Ekspert Rusiya üçün də həmçinin yaxşı heç nə proqnozlaşdırmır. Bjezinski indiyə qədər hesab edir ki, Rusiya Avropanın bir hissəsidir. Onun sözlərinə görə, Avropa ilə münasibətlərin soyuması Rusiyanın xeyrinə işləməyəcək, proses ölkənin dağılmasına qədər gedə bilər.
“Yeni SSRİ”nin “ata”sı ondan üz döndərir
Bjezinski SSRİ-nin dağılmasını bu hadisədən iki il əvvəl - 1989-cu ildə xəbər vermişdi. İki il sonra Belovejski meşəsində beynəlxalq hüququn subyekti kimi SSRİ-nin mövcudluğunun dayandırılması haqqında razılaşma imzalanmışdı.
Avrasiya məkanında iki il sonra nə olacağını kim bilir? Heç kəs. Amma Bjezinski bizə cavab verir: “Lider tərkibi öz dünyagörüşüsünü dəyişdirəcək”.
Gazeta.ru hesab edir ki, bu fikir absurd görünür: “Qazaxıstan prezidenti Nursultan Nazarbayev 1994-cü ildə Moskva Dövlət Universitetində mühazirə ilə çıxış etdi və Avrasiya İttifaqını yaratmağı təklif etdi. Yəni, Nazarbayev Avrasiya İttifaqının banisidir, məhz o postsovet məkanının yeni inteqrasiya strukturunu təklif etdi. O, niyə dünyagörüşünü dəyişdirsin?
Amma Nazarbayev Qazaxıstanın Avrasiya İqtisadi İttifaqının bir hissəsi kimi müstəqilliyini itirməsindən narahatdır. Astananın bu qurumda iştirakının zərərləri daha çoxdur, nəinki xeyirləri. Təsadüf deyil ki, Nazarbayev hələ 2013-cü ildə narazılığını ifadə etmişdi (Həmin vaxt Gömrük İttifaqı adlanan qurum əsasında 2014-cü il mayın 29-da Avrasiya İqtisadi İttifaqı yaradıldı –red.). “Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatda Qazaxstan ərzaq malları, xüsusilə ət və ət məhsullarının Rusiya bazarına hərəkəti üçün çətinliklər qalır. Elektrik enerjisinin Rusiya bazarına azad girişi yoxdur, tranziti üçünsə imkanlar məhdudlaşdırılıb”, - Qazaxıstan prezidenti sadalayırdı.
Avrasiya İqtisadi İttifaqına ehtiyacın olduğuna dair şübhələr üçün daha bir bəhanəni Çin gətirib. “Çin Qazaxıstana daha çox sərmayə qoyur, nəinki Rusiyaya. Bu baxımdan, Rusiya və Qazaxıstan heç də partnyorlar deyil, birbaşa rəqiblərdir”, - Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru Aleksey Portanski hesab edir.
Lukaşenkonun azadlığı və müstəqilliyi
Dəyişikliklər Belarus lideri Aleksandr Lukaşenkoda da özünü göstərir.
“Lukaşenko anti-Rusiya sanksiyaların tətbiqinə qədər deyirdi: “Mən ruslarla dostluğu ticarətə çevirmərəm”. Amma indi Qərbə baxır və Rusiya qazının qiyməti haqqında danışır. Belarus prezidenti indi Rusiyanın ona 15 milyard dollar borcu olduğunu iddia edir. Belarus Gömrük İttifaqı barədə sənədə uzun müddət qol çəkməyib. "Vaxtilə suverenlik ikona deyil. Hər şeyin bir qiyməti var. Biz daha yaxşı yaşamaq istəyiriksə, nələrdənsə keçmək, nələrisə qurban vermək lazımdır. Əsas olan insanların əmin-amanlığı və rifahıdır” deyən Lukaşenko indi "Azadlıq və müstəqillik olduqca faydalıdır. Onun pulla ölçüləcək dəyəri yoxdur” kimi bəyanatlar verir”
Moskvanın ümidlərini puç edən Pekin
2014-cü ildə Krımda keçirilən referendum və Rusiyaya qarşı Qərbin sanksiyalarından sonra Kreml, məlum olduğu kimi, üzünü Şərqə döndərdi. Amma çox keçmədi, əvvəlcə Rusiya biznesi, daha sonra Rusiya hakimiyyəti belə nəticəyə gəldilər ki, Çin Avropanı əvəz etməyəcək. Çinə lazım olan “İpək yolu” layihəsi məhz Rusiyanı Avropa bazarlarından sıxışdırmaq üçündür.
“Çinlilər çox ağır danışıqlar aparırlar”, - Rusiya hökumətinin yüksək vəzifəli məmurlarından biri kədərini gizlətməyib.
Beləliklə, ucadan reklam edilən “Şərqə dönmə” nəticə vermədi.
Bjezinskinin fikrincə, Rusiyada bir çoxları ümidlərini Çinlə yaradılacaq ittifaqa bağlayırlar. Məsələn, Vladimir Putinin ideya mühərriklərindən biri hesab olunan akademik Sergey Qlazyev bu istiqaməti müdafiə edənlərdəndir.
Bjezinski isə əksinə, Rusiyaya Çinə təhlükəli rəqib kimi baxmağı məsləhət görür. “Çinin Avropa ilə birbaşa ticarət məqsədi ilə Mərkəzi Asiyaya strateji nüfuzetməsi keçmiş Sovet İttifaqının şərq hissəsində Rusiyanın iqtisadi hökmranlığının əhəmiyyətli zəifləməsinə gətirib çıxarır”, o “Huffington Post” nəşri üçün yazdığı məqaləsində qeyd edib.
Ömər Dağlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO