Kremldə "Putinin SSRİ-si"nə RƏDD CAVABI: Region uğrunda SAVAŞ BAŞLAYIR
Bizi izləyin

Nida Təhlil

Kremldə "Putinin SSRİ-si"nə RƏDD CAVABI: Region uğrunda SAVAŞ BAŞLAYIR

Rusiya və Özbəkistan üç ay ərzində əmtəəə dövriyyəsini 260 faiz artırdı. İlin nəticələrinə görə, əmtəə dövriyyəsinin miqdarı 5 milyard dollar təşkil edə bilər. Amma aprelin 5-də ölkə prezidentləri Vladimir Putin və Şövkət Mirziyayevin görüşündən aydın oldu ki, Daşkənd iqtisadi əlaqələrin dirçəlişini yalnız Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində görür. Yəni, Özbəkistan hələ Avrasiya İttifaqına (bəzən “Putinin SSRİ-si” də adlandırırlar –red.) daxil olmağı planlaşdırmır.

Özbəkistan prezidenti prezident seçilməsindən sonra ilk dəfə - aprelin 4-də Rusiyaya rəsmi səfər etdi. Vladimir Putin Kremldə əsas nazirlərlə yanaşı, bankirlər və biznesmenləri şəxsən özbək liderinə təqdim etdi.

Mirziyayev hər kəslə salamlaşdı. Hamıdan çox isə “Qazprom”un başçısı Aleksey Millerin əlini sıxdı. Sonradan aydın oldu ki, bu təsadüf deyildi. Danışıqların nəticəsinə görə Putin bildirdi ki, Rusiya və Özbəkistan arasında əmtəə dövriyyəsi görünməmiş templərlə artır. “Təsdiq etmək olar ki, sizin prezident olduğunuz qısa vaxt ərzində bizim ticarət-iqtisadi əlaqələrimizin əhəmiyyətli aktivləşməsini müşahidə edirik”, - Putin Mirziyayevə müraciətində dedi.

Özbək lideri təsdiq etdi: “Hətta 260 faiz”.

“Kənd təsərrüfatı məhsullarının çatdırılması iki dəfədən çox artıb və 143 min tona çatıb”, - Putin əlavə etdi.

Rusiya Statistika Komitəsinin məlumatına görə, Özbəkistanın xarici ticarətində Rusiyanın payı 17 faizdir. Rusiya Özbəkistanın iqtisadi partnyoru kimi Çindən sonra ikinci yeri tutur. Ötən il Özbəkistana 4 milyard dollar Rusiya sərmayəsi qoyulub.

Mirziyayev Putinlə görüşün gedişatında iki ölkə arasında əmtəə dövriyyəsini bu ilin sonuna kimi 5 milyard dollara qədər artırmağa söz verdi. Və görünür, tamamilə real niyyətlərdir. Ən azından, səfər zamanı imzalanması üçün hazırlanan razılaşmalar və memorandumlar paketi 39 bənddən ibarət idi.

"Bu səfərin gedişatında 12 milyard dollarlıq iri investisiya layihələrinin reallaşdırılması üçün sazişlər paketi imzalayırıq. Ticarət müqavilələrinin dəyəri isə 3,8 milyard dollar təşkil edir”, - Özbəkistan prezidenti bildirib.

Özbəkistanla müqavilələr imzalayan şirkətlər arasında isə “Qazprom”, “Rostex”, VEB, “Lukoyl”, USM Holdings kimi nəhənglər var. “Qazprom” 2018-ci ildən başlayaraq, Özbəkistandan hər il 4 milyard kubmetr qazın alınması barədə müqavilə bağladı.

Rusiya və ABŞ-la dostluq etmək

“Rostex”in baş direktoru Sergey Çemezov və Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Eler Qaniyev qarşılıqlı anlaşma haqqında memorandum imzaladılar. Tərəflər Özbəkistan ərazisində qazturbin və qazötürmə avadanlığının təmiri, təchizat və hava hərəkətinin idarə olunmasının avtomatlaşdırılması və avtomobil sənayesi müəssisələrinin kooperasiyanı inkişaf etdirəcəklər.

Xatırladaq ki, “Rostex”in tərkibində 700-dən çox təşkilat, o cümlədən müdafiə-sənaye kompleksində 11 holdinq şirkəti formalaşdırılıb.

Kremldə keçirilən görüşdə müdafiə-sənaye sahəsində müqavilələr haqqında danışmadılar. Ozbəkistan lideri yalnız bildirdi ki, Dövlət Duması hərbi əməkdaşlığın inkişafı haqqında müqaviləni təsdiqləyib. “Rostex” özbək silah bazarı üçün ABŞ-la rəqabət aparmalı olacaq. Aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp Özbəkistan prezidentinə məktub göndərib. Məktunda ölkədə baş verən ən yaxşı dəyişikliklər qeyd edilib. Özbəkistan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar göndərilən məktubda Tramp həmçinin vurğulayıb ki, ABŞ biznesinin nümayəndələri ölkələr arasında qarşılıqlı əməkdaşlığın inkişafı üçün yeni yolların axtarışı ilə məşğul olurlar.

“Rostex”in başçısı Sergey Çemezov Gazeta.ru-ya bildirib ki, onun şirkəti Özbəkistana müdafiə-sənaye kompleksinin məhsullarını çatdırmağa, həmçinin ABŞ da daxil olmaqla, hərbi məhsulun istənilən istehsalçısı ilə özbək bazarı uğrunda rəqabət aparmağa hazırdır.

2014-cü ildə Rusiya və Özbəkistan azad ticarət zonası haqqında müqavilə üzərində iş üçün işçi qrupu yaradıb. Rusiya Özbəkistanın 865 milyon dollar borcunun silinməsini qəbul etdi, həmçinin Özbəkistanın SSRi-də Almas Fondundankı payından imtina etdi. Özbəkistan isə Rusiyaya sadəcə 25 milyon dollar borc ödəməli idi. 2014-cü ildə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edirdi ki, Özbəkistanın borcunun silməsi haqqında qərar Rusiya hərbi texnikasının bu ölkəyə çatdırılma üçün imkanlar açmalıdır. 2016-cı ilin aprelində isə Putin Özbəkistana borcu köçürdü.

“Putinin SSRİ-si”nə rədd cavabı

Yeni prezident və borcların olmaması hər şeyi təmiz vərəqdən başlamaq üçün yaxşı səbəbdir. Amma Avrasiya İttifaqının Özbəkistanın hesabına genişləndirilməsi sürətli olmayacaq. Rusiya-Özbəkistan iqtisadi əlaqələrinin bərpasında, göründüyü kimi, hər iki ölkə maraqlıdır. Həm də ki, nə siyasət, nə də ideologiyada antaqonizm müşahidə olunmur. Amma Daşkənd iqtisadi münasibətləri ya ikitərəfli formatda, ya da MDB çərçivəsində inkişaf etdirməyi planlaşdırır.

Özbək nümayəndə heyətinin üzvləri də Avrasiya İttifaqı mövzusunu şərh etməkdən qəti surətdə imtina edirdilər. Əgər Özbəkistan Avrasiya ittifaqının ölkələrindən mallar üçün sərhədləri açacaqsa, yerli sənaye dağılacaq və iqtisadi kollaps yarana bilər. Yeni vəziyyətə özbək iqtisadiyyatı hazır deyil.

Bununla belə, Özbəkistanda hakimiyyət dəyişikliyi Avropa lobbistləri tərəfindən müsbət qiymətləndirilir. Avropa Yenidənqurma və İnkişaf Bankı öyən ay bildirib ki, Özbəkistanla əməkdaşlığın yenilənməsi imkanına baxır. Belə əməkdaşlıq hələ 1992-ci ildə başlanıb, amma 2003-cü ildən ölkədə insanın hüquqların pozulması ilə əlaqədar tədricən azalmağa başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm