Rusiyada “YENİ FÜRER”, inqilaba qalan ON GÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Rusiyada “YENİ FÜRER”, inqilaba qalan ON GÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib. ABŞ İranın nüvə proqramına dair razılaşmanın uğursuzluğa düçar olduğunu açıqlayıb. Türkiyə Süleyman Şah Türbəsini əvvəlki yerinə köçürmək üçün Münbiçdə əməliyyat həyata keçirməyə hazırlaşır. Dünyada “inqilabların atası” kimi tanınan Corc Soros Türkiyədə də “iş” başındadır. Kiyev Rusiyanın genişmiqyaslı müharibəyə hazırlaşmaqda davam etdiyini iddia edir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Abxaziya separatçı qurumun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünə qəbul edilə biləcəyi barədə bəyanatı birmənalı qarşılanmayıb. Ermənistanın “lragir” saytı Rusiyanın bu addımını İrəvana qarşı yeni “Lavrov planı” (Rusiyanın ilkin mərhələdə işğal altındakı 5 rayonun qaytarılmasını nəzərdə tutan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklifləri də “Lavrov planı” olaraq tanınırdı) olaraq şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib. Bu barədə KSQT-nın yaydığı bəyanatda deyilir.

“Üç nəfərin üzərində aparılan analizlərin nəticələri ölənlərin zarin və yaxud ona bənzər kimyəvi maddədən zəhərləndiklərini göstərib. Eyni nəticə xəstəxanada müalicə alan 7 nəfərdə də qeydə alınıb”, - bəyanatda deyilir.

Qeyd edək ki, Suriyanın Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. Suriya ordusunun komandanlığı və silahlı müxalifət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edib.

İranın nüvə proqramına dair razılaşma uğursuzluğa düçar olub. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb”.

R.Tillerson həmçinin İrana qarşı “strateji dözüm” siyasətini də uğursuz adlandırıb. “Bu ölkədən gələn təhdidlərə cavab vermək lazımdır", - R.Tillerson vurğulayıb.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Türkiyə Süleyman Şah Türbəsini əvvəlki yerinə köçürmək üçün Münbiçdə əməliyyat həyata keçirməyə hazırlaşır. Türkiyənin “Yeni Şafak” nəşrinin yazdığına görə, Suriya və İraqda PKK terror təşkilatının işğalı altında olan 3 bölgədə həyata keçirilməsi planlaşdırılan əməliyyatlara hazırlıqlar son mərhələyə daxil olub. Eyni zamanda, Türkiyəni bölgədən qopartmaq məqsəd ilə ortaya atılan “PKK terror dəhlizi” layihəsinə qarşı diplomatik danışıqlar davam edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ-ın keçmiş prezidenti Barak Obama təəssüf ki, PYD və YPG mövzusunda bizi aldatdı”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Cəzirə” kanalına müsahibəsində deyib.

“Daha əvvəllər PKK ilə əlaqədar razılaşmamız var idi. Obama dövründə də bu mövzuda razılaşma var idi, lakin təəssüf ki, o, PYD və YPG mövzusunda bizi aldatdı. İndiki administrasiyanın eyni cür hərəkət edəcəyini ehtimal etmirəm”, - Ərdoğan bildirib.

Suriya hakimiyyəti öz hərbi təyyarələrini Rusiyanın “Xmeymim” hərbi hava bazasına yaxın əraziyə köçürüb. Bu haqda ABŞ-dakı hərbi mənbələrə istinadən CNN bildirib.

Kanal qeyd edir ki, Dəməşqin məqsədi hərbi aviasiyanı Qərb koalisiyasının zərbələrindən qorumaqdır. “Suriya hərbi təyyarələrinin əksəriyyətini və ya hamısını Rusiya bazasının olduğu rayona köçürüb. Suriya prezidenti Bəşər Əsəd beləliklə Kremldə müdafiə axtarır”, - CNN hesab edir.

Xatırladaq ki, aprelin 7-də ABŞ Hərbi Dəniz Qüvvələri Xoms şəhərinin yaxınlığında yerləşən Suriya Hərbi Hava Qüvvələrinə məxsus Şayrat bazasına 59 qanadlı raket zərbə endirib. Müxtəlif məlumatlara görə, 7-dən 10-a qədər insan həlak olub.

ABŞ prezidenti Donald Tramp bunu İdlibdə həyata keçirilən kimyəvi silah hücumuna “mütənasib cavab” adlandırib.

2013-cü ildə Türkiyədə Gəzi Parkı hadisələrinin əsas sponsoru olan amerikalı maliyyəçi, investor, iş adamı və filantrop Corc Soros aprelin 16-da keçirilən referendumda Konstitusiyaya təklif olunan dəyişikliklərin 51,4 faiz səslə dəstəklənməsi ilə Türkiyəyə qarşı yenidən hərəkətə keçib. Türkiyə mediası xəbər verir ki, dünyada “inqilabların atası” kimi tanınan, həmçinin Ukrayna və Gürcüstanda “rəngli inqilablar”ın arxasında olan Soros Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyasının (HDP) ifadələrini istifadə edərək “İkinci Gəzi” üçün kisənin ağzını açdı.

Sorosun təşkilatı olan Açıq Cəmiyyət İnstitutu beynəlxalq “insan haqları” təşkilatı “Human Rights Watch”ı Türkiyədəki referendumdan sonra başlayan kiçik miqyaslı etirazları xaosa çevirmək üçün təlimatlandırıb. Sorosun xaos üçün 100 milyon dollar ayırdığı bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskvadan Türkiyəyə təhdid kimi bir açıqlama gəlib. Rusiyanın nəqliyyat naziri Maksim Sokolov Türkiyəyə çarter uçuşların dayandırılmasının hələ də qüvvədə olan bir ehtimal olduğunu söyləyib.

“Mövqeyimiz dəyişməyib. Federal Hava Nəqliyyatı Agentliyi bir xəbərdarlıq edib. Verə biləcəyimiz başqa bir məlumat yoxdur”, - deyə nazir deyib.

Xatırladaq ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) aprelin 10-da ölkənin aviaşirkətlərinə məktub göndərərək Türkiyəyə çarter reyslərinin dayandırılmasının mümkünlüyü haqqında xəbərdarlıq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya heç vaxt Krımı tərk etməyəcək və Krım tarixən Rusiya ərazisidir”. Bunu Fransa mərkəz sağçı Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq baş nazir Fransua Fiyon “Figaro” qəzetinə müsahibəsində deyib.

“Rusiyanın Krımdan getməsi üçün inad etmək və bu haqda danışmaq faydasızdır. Bu, heç vaxt bu olmayacaq”, - sabiq baş nazir vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin Luqansk və Donetsk vilayətlərinin işğal edilmiş əraziləri üzərində nəzarəti gücləndirir və Donbası Ukraynadan tamamilə ayırmaq istəyir. “Bloomberg” agentliyinin məlumatına görə, Putin öz planlarını işğal edilmiş ərazilərin tədricən Rusiyaya inteqrasiyası yolu ilə həyata keçirmək istəyir. Qeyd edilir ki, Putin ABŞ-ın Ukrayna üzrə mövqeyinin qeyri-müəyyənliyindən istifadə edir.

“Moskva öz niyyətlərinin reallaşdırılmasına Ukrayna fəalları tərəfindən Donbasın iqtisadi blokadasının köməyi ilə tədricən başladı. Kreml Donetsk və Luqansk separatçı qurumlarla əsas iqtisadi əlaqələr yaratdı”, - agentlik yazıb.

Öz növbəsində Kreml bu informasiyanı “kifayət qədər sadəlövh və primitiv” adlandırıb.

Rusiya genişmiqyaslı müharibəyə hazırlaşmaqda davam edir. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov söyləyib. O, Rusiyanın hərbi gücünü artırdığını bildirib:

“Bu müharibə bütün Avropa üçün təhdiddir. Rusiya həmçinin Ukraynanın şərq bölgələrində də hakimiyyətini gücləndirir. Hazırda Donbasda 30 min separatçı var və bunların sayının 50 minə çatdırılması üçün səylər gözlənilir”.

Rusiyada siyasi böhran və “yeni fürer”in peyda olması qaçılmazdır. Bunu Rusiya Dumasında Baş nazir Dmitri Medvedyevə müraciət xarakterli çıxışı zamanı Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov söyləyib.

“Əgər biz kursu dəyişməsək və hökumətin tərkibini gücləndirməsək, ölkədə siyasi böhran qaçılmaz olacaq. Sizin hökumət hələlik çox zəifdir. Rusiya cəmiyyətində parçalanma artır. 1 faizlik insan toplusu ölkənin 90 faiz sərvətini əlinə keçirib. 40 milyon vətəndaşımız güclə dolanır. Artıq yeni “fürer” yaranır. Mən bu barədə danışmaq haqqına sahibəm. Ona görə ki, mən SSRİ-nin faciəsini, Yeltsinin davranışını görmüşəm. Ölkənin resursları və maliyyəsi sərhəddən kənara axdıqca, bizim nə təhlükəsizliyimiz güclü olacaq, nə də iqtisadiyyatımız. Rusiyaya mütləq keyfiyyətli, iqtisadiyyatı inkişaf etdirən, əhalinin cibindəki pulunu oğurlamayan bank sistemi lazımdır”, - Züqanov vurğulayıb.

Amerika eksperti Denni Roy Koreya Xalq Demokratik Respublikasının (KXRD) ABŞ-a nüvə zərbəsinin nəticələrini qiymətləndirib. Ekspert Şimali Koreyanın ballistik raketlərinin Havay ştatının ərazisinə çata biləcəyini deyib.

Ekspertin qiymətləndirməsinə görə, Havay adalarında nüvə partlayışı zamanı qurbanların sayı 60 mini keçəcək, bir o qədər insan isə müxtəlif dərəcəli xəsarət alacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Koreya yarımadasının şərq hissəsinə bombardmançı təyyarəsini göndərib. Cənubi Koreya KIV-I bildirir ki, nüvə silahlarına qarşı test əməliyyatlarının həyata keçirilməsi üçün yarımadaya göndərilən bombardmançı nüvə başlıqları ilə təchiz edilmiş WC-135 Konstant Fineks (Constant Phoenix) təyyarəsidir.

Ötən həftə isə AVŞ “Karl Vilson” təyyarədaşıyan gəmisini və bir esminesini bölgəyə göndərdiyini açıqlamışdı.

“Bəzi İslam və müsəlman ölkələri müsəlman əhalinin üzərinə kaset bombaları yağdıran sionist İsrail rejimi və ABŞ-la əməkdaşlıq sazişləri imzalayır. Bütün bunlar utancvericidir”. Bu fikirləri İran parlamentinin sədri Əli Laricani bu gün Tehranda keçirilən 34-cü Beynəlxalq Quran müsabiqəsinin açılış mərasimində çıxışı zamanı bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm