Nida Təhlil
İrəvan üçün MƏHVEDİCİ YAY, böyük çöküşün TARİXİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da Bakıya gəliblər. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun üzvünü ələ keçirib. Cəbhə xəttində Ermənistan ordusunun verdiyi çoxsaylı itkilər düşmən ölkənin hakimiyyətinə qarşı etirazların artmasına səbəb olub. Ekspertlər Dağlıq Qarabağda yeni toqquşmalar barədə xəbərdarlıq ediblər. Rusiyanın aviazərbələri nəticəsində ölən İŞİD liderləri arasında Əbubəkr əl-Bağdadinin də olduğu ehtimal edilir. ABŞ Rusiyaya qarşı yeni sanksiyaları qəbul edib. Avropa İttifaqı isə Rusiya barəsində sanksiyaların müddətinin uzadılması barədə razılaşıb. ABŞ-ın “Vaşinqton Post” qəzeti sensasiyalı araşdırma dərc edib. Qətər ətrafında vəziyyət gərgin olaraq qalır.
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Prezident qeyd edib ki, baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyəti işğalçı Ermənistan daşıyır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
"Ərazi bütövlüyü məsələsindən heç vaxt vaz keçməyəcəyik". Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Görüşdə mövcud “status- kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq onun substantiv danışıqlar yolu ilə dəyişdirilməsinin vacibliyi vurğulanıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda bildirilir ki, iyun ayında regiona baş tutumuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlikdən narahatlığını dilə gətirdi. Bəyanatda bildirilir ki, sülh danışıqlarının alternativi yoxdur və münaqişənin nizama salınması Helsinki Yekun Aktı çərçivəsində ola bilər: güc tətbiq etməmək, ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmə.
Dövlət Departlamentinin bu bəyanatı Ermənistanda narahatlıq yaradıb. Səbəbi isə maraqlıdır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.
Təxribat qrupunun bir üzvü ələ keçirilib.
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün foto və videosunu yayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İyunun 15-də erməni hərbi birləşmələri cəbhədə yeni təxribata əl atdı. Azərbaycan Ordusu bir şəhid verdi. Bundan sonra ordumuzun düşmən təxribatına cavabı nəticəsində Ermənistan ordusunun 6 əsgəri məhv edildi. Azərbaycanın sərt cavabı Ermənistanda hakimiyyətə qarşı etirazların artmasına səbəb olur. Erməni jurnalist Sarqis Artsruni yazır ki, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici olacaq.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyalı jurnalist Mixail Belyayev hesab edir ki, 2017-ci ilin yayı Dağlıq Qarabağda çox “isti” olacaq. Onun sözlərinə görə, cəbhədə baş verənlər və müxtəlif beynəlxalq ekpertlərin proqnozları da bunu deməyə əsas verir.
Rusiyalı jurnalistə görə, cəbhədə baş verənlər ilk növbədə Ermənistan hakimiyyəti üçün başağırısına çevriləcək. Onun fikrincə, ötən ilin aprel uğursuzluğundan çıxa bilməyən Ermənistanın itkiləri getdikcə daha da çoxalır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyanın “Şimal həqiqəti” (Pravda Severa) qəzetinin əməkdaşı Aleksey Morozov Ermənistana səfər edərək, bu ölkədən reportaj hazırlayıb. Reportajda diqqət çəkən məqam ermənilərin Dağlıq Qarabağ münaqişəsindən yorulduqları və azərbaycanlılarla keçmişdə olan yaxşı münasibətlər üçün darıxdığı haqda dedikləridir.
A.Morozovu Gümrüdən İrəvana aparan Vano adlı qoca erməni yoxsulluqdan şikayətlənir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistan Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində yaradılan aeroportda uçuşlarla bağlı festival keçirib. Aviasiya festivalı iyunun 17-də başlanıb.
Festivalın məqsədi xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir. Yüngül motorlu təyyarələrin iştirak etdiyi festivalın stendləri Yaponiyadan tutmuş ABŞ-a qədər bir çox ölkədə nümayiş etdirilib
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Siyasi-iqtisadi çöküşə uğrayan Ermənistan hakimiyyəti ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün narkoticarəti genişləndirir, həmçinin, terrorçulara verilən dəstəkdən əldə etdiyi pullara bel bağlayır”. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
ASİMDER rəhbəri Dağlıq Qarabağın bu gün bölgədə “ikinci Əfqanıstan” rolunu oynadığına diqqət çəkib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 8 min muzdlu əfqan döyüşçü İslam dinindən imtina edib. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı edilməsindən indiyə qədər ən çox müzakirə edilən məsələlərdən biri də müharibə vaxtı itkin düşən 4 min azərbaycanlının taleyidir. Bu rəqəm rəsmi qurumlar tərəfindən təsdiq olunub. Ermənistan tərəfi bunu nə qədər təkzib etsə də, bu həqiqətdir”. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Son günlər Qarabağda baş verən hadisələr yeni müharibə əlamətidir. Artıq növbəti bir il ərzində genişmiqyaslı müharibə başlaya bilər”. Bu barədə MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.
“Hesab edirəm ki, bu il aprel hadisələrinin təkrarı mümkündür. Xarici ölkələrin müdaxiləsi ilə gərginliyi azaltmaq olar, lakin təəssüf ki, bu da müharibənin yenilənməsinin qarşısını ala bilməyəcək. Ehtimal ki, müharibə bu il başlayacaq”, - deyə hərbi ekspert vurğulayıb.
Ermənistan mediasına danışan Yevseyev ermənilərə təxribatçı məsləhətlər də verib.
“Ermənistan təkcə müdafiəyə yox, hücuma da hazır olmalıdır. Hücum edərək, bəzi əraziləri tutmalı və Azərbaycanın “aprel müharibəsi”ndə geri qaytardığı ərazilərlə dəyişdirməlidir”, - deyə rusiyalı ekspert açıq şəkildə Ermənistanı Azərbaycana qarşı hücuma təhrik edib.
“Qarabağda aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı var. Hərbi təlimlərin keçirilməsinə də bu kontekstdən baxa bilərik”. Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
Onun sözlərinə görə, ötən il “Kazan düsturu” üzrə əldə olunan razılaşmalar pozulub: “Xatırladım ki, “Kazan düsturu” Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, əvəzində Ermənistanın blokadadan çıxarılmasını, regionda ATƏT-in nəzarəti ilə silahsızlaşdırma prosesinin başlanmasını nəzərdə tuturdu. Bir il öncə tərəflər bütün bunlar haqqında demək olar ki, razılaşdılar, lakin sonradan danışıqlar təxirə salındı”.
S.Markov qeyd edib ki, danışıqların ləğv olunması yeni müharibənin real təhlükəsini yaradır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İranın təhlükəsizlik qüvvələri Cənubi Azərbaycanın Xudafərin ərazisindən işğal altındakı Dağlıq Qarabağa keçmək istəyən PKK-nın 8 terrorçusunu tutub. Terrorçuların üzərində külli miqdara silah-sursat olub. Xudafərinin İbrahim Səmi kəndi ətrafında tutulan terrorçular Araz çayından Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ ərazisinə keçmək və erməni terrorçularına qoşulmaq istəyiblər.
Avropa İttifaqı Suriyadan Ermənistana köçən ermənilərə 3 milyon avro ayırmaq haqda qərar verib. Suriyalı qaçqınlar üçün nəzərdə tutulan 275 milyon avroluq yardım paketinin tərkibinə daxildir.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın iyunun 22-də “Habertük” telekanalına açıqlamasında Rusiya ilə Qazaxıstan və Qırğızıstan hərbiçilərinin Suriyada hərbi əməliyyatlara cəlb edilməsi haqda müzakirələrin aparıldığını bildirib. Kalının bu açıqlaması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Suriyadakı əməliyyatlarda iştirakı məsələsini yenidən gündəmə gətirib. Hansı ki, Moskva bir müddət öncə belə planının olduğunu açıqlamışdı.
KTMT-nin Suriya əməliyyatlarında iştirakından ən çox narahat olan ölkə isə Ermənistandır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyə, Yaxın Şərq
Türkiyə Silahlı Qüvvələri Suriyanın PYD-nin (PKK-ın Suriya qolu - red.) nəzarətindəki Afrin bölgəsi ilə sərhəd olan Kilisə hərbi texnika toplayır. “Fırtına” topları, həmçinin, topçu batareyalar bölgəyə göndərilib.
Gözləntilərə görə, Türkiyə Suriyada terrorçulara qarşı yeni hərbi əməliyyata başlayacaq.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyə kəşfiyyatı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 15 iyul dövlət çevrilişinə cəhddən dərhal sonra dövriyyəyə buraxdığı “B planı”nı, yəni “İkinci Gəzi”ni bütün detalları ilə ifşa edib. Bu haqda “Haber7” saytında yazar Batuhan Yaşar bildirib.
Onun sözlərinə görə, məqsəd 2017-ci il aprelin 17-də keçirilən referendum öncəsi Gəzi hadisələrinə (2013) bənzəri xaos yaratmaq idi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ müdafiə naziri Ceyms Mettis iyunun 22-də türkiyəli həmkarı Fikri İşıka YPG terror təşkilatı ilə bağlı məktub göndərib. Məktubda YPG-nin təchizatı, həmçinin təşkilata verilən silahlarla bağlı məlumatlar yer alıb. Amerikalı nazir həmçinin Rakkanı ələ keçirəcək güclərin 80 faizinin ərəblərdən təşkil ediləcəyini və İŞİD-dən təmizlənməsindən sonra şəhərə ərəblərin nəzarət edəcəyini bildirib.
ABŞ iyunun 18-də Suriya Hərbi Hava Qüvvələrinə məxsus Su-22 qırıcısını vurub. Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının sədri Aleksey Puşkov ABŞ-ın hərəkətlərini “müharibənin yeni aktı” adlandırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ-I Suriyada birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.
Bazar günü, iyunun 18-də ABŞ Hərbi-Dəniz Qüvvələrinin F-18 “Xornet” qırıcısı Suriya hərbi təyyarəsini vurması ilə Rusiyanın Suriyadakı uğurlarına son qoyuldu. Bu haqda ABŞ-ın “The National Interest” nəşri yazıb.
“Bu, nüvə apokalipsisi haqqında “Əfsus, Babilistan” romanının süjetinə bənzəyir. Romanın süjetinə görə, Latakiyada sovet bazasına təsadüfi yaylım atəşi iki super dövlətin arasında nüvə müharibəsinin bilavasitə səbəbi olur”, - nəşr yazıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ-ın “The American Conservative” nəşri qeyd edir ki, ABŞ-ın Suriya hərbi təyyarəsini vurması faktiki olaraq, bir ölkəyə qarşı ABŞ Konqresinin elan etmədiyi və icazə vermədiyi müharibə aktıdır. Nəşr yazıb ki, Moskva ciddidirsə, Suriyada Rusiya və ABŞ-ın toqquşmasının real perspektivi gözlənilir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Suriyadakı müharibə ölkənin şərq bölgələrinə keçir və böyük güclər burada qarşı-qarşıya gəlir. “İŞİD-lə mübarizə” adı altında koalisiya quraraq ölkəyə girən ABŞ, Rusiya və İran arasında yeni və daha amansız mübarizə başlayır. Suriyanı yenidən ələ keçirmək istəyən Bəşər Əsəd rejimi İran və Rusiyanın köməyi ilə İran-İraq sərhədi və neft bölgəsi olan Deyr ez-Zor ətrafında hücumlarını davam etdirir.
Suriyalı mənbələrə görə, ölkənin şərqindəki qarşıdurmalar Suriyada yeni bir dövrün başlanğıcına işarədir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“ABŞ-ın PKK ilə birlikdə həyata keçirdiyi plan Suriyanın şimalında, xüsusilə Türkiyənin yaxın təhdid hiss etdiyi bölgədə artır”. Bunu “Yeni Şəfəq” nəşrində türkiyəli yazar İbrahim Karagül bildirib.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası İrana yönəlik təhdid bəyanatları ilə çıxış etsə də, sıxışdırılan ölkə məhz Türkiyədir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi böyük ehtimalla öldürülüb. Bu haqda Rusiya Xarici İşlər Nazirliyi iyunun 22-də bildirib.
Xatırladaq ki, Rusiya hərbi aviasiyası mayın 28-də Suriyanın Rakka şəhərinin yaxınlığında İŞİD liderlərinin müşavirəsinin keçirildiyi qərargahı bombalayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İŞİD-in 30 səhra komandiri və onların 300-ə qədər köməkçisi məhv edilib. Onların arasında Bağdadinin də olduğu ehtimal edilir.
Qətərə yerləşdirilməli olan türk hərbiçilərin ilk hissəsi paytaxt Dohaya çatıb. Bu haqda Qətər Müdafiə Nazirliyi bildirib. Xatırladaq ki, iyunun 8-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsi haqqında sazişin ratifikasiya edilməsi üçün sərəncam imzalayıb.
İyunun 20-də Qətər hakimiyyəti Yəmən səfirliyinin diplomatik korpusuna ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bu haqda Yəməndəki diplomatik mənbəyə istinadən “RİA-Novosti” agentliyi məlumat yayıb.
Yəmən və Qətərin xarici siyasət idarələrindən məsələ ilə bağlı rəsmi bəyanatlar hələlik verilməyib.
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyunun 5-dən diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Böhranın həlli ilə əlaqədar vasitəçi qismində çıxış edən Küveyt tələbnaməni Qətərə təqdim edib. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla diplomatik münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələbi də var.
Qətərdən İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyması; "Müsəlman qardaşlar", İŞİD, "əl-Qaidə" və "Hizbullah" kimi terror təşkilatları ilə əlaqələri dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi; "əl-Cəzirə" və digər media qurumlarını bağlaması da tələb olunur.
Bütün tələblər 10 gün ərzində qəbul edilməsə, tələbnamə qüvvədən düşəcək.
Rəsmi Doha ərəb ölkələrinin irəli sürdüyü təkliflərə ciddi yanaşmalı və məsələnin həllini kənarda axtarmamalıdır. Bu sözləri BƏƏ Xarici İşlər naziri Ənvər Qarqaş deyib.
“Qətər anlamalıdır ki, münaqişənin həlli Tehranda, Beyrutda, Ankarada, Qərb ölkələrində və KİV-ə bəyanat verməkdə deyil. Əgər ərəb ölkələrinin tələblərinə məhəl qoyulmasa, həqiqi ayrılıq baş verəcək”, - deyə nazir bildirib.
İyunun 20-də Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə Məhəmməd bin Nayifin yerinə kral Salman bin Əbdüləziz Əl Səudun 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin edib. 34 üzvlü Sadakat Şurasının 31 üzvü qərarın lehinə səs verib. Beləliklə, ölkədə kralın varisi dəyişib.
İddiaya görə, verilən qərarın arxasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) var. Kral Salmanın siyasətinə oğlunun böyük təsirinin olduğu bildirilir. Onun Yəmən müharibəsini başlatdığı və Qətərə qarşı embarqonun memarlarından biri olduğu deyilir.
Yeni vəliəhdin ilk bəyanatı İranla bağlı olub. O, İranla danışıqlar aparılmayacağını və müharibəni İran daxilinə çəkəcəyini deyib.
Dünən müsəlmanların müqəddəs şəhəri olan Məkkədə terror aktı törətməyə cəhd edilib. Terror planlaşdıran şəxsi Məkkədəki evlərdən birində yaxalamaq mümkün olub. O, polis əməkdaşlarına atəş açıb. Daha sonra özünü partladıb və bu zaman girov götürdüyü 6 nəfər xəsarət alıb.Əməliyyat zamanı ümumilikdə 5 nəfər saxlanılıb. Onlar arasında qadın da var.
Amerika kəşfiyyatının məlumatına görə, terror aktlarını İŞİD terror təşkilatı planlaşdırıb. Lakin hələ heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, terrorçuların hərəkətləri xaricdən idarə olunurdu.
Amerikalılara qarşı gözüaçıq olmaq lazımdır. Bunu İranın Ali dini lideri ayətullah Əli Xamenei İraq Baş naziri Heydər Abadi ilə görüşü zamanı söyləyib. O, ABŞ-ın İraqın birliyinə qarşı olduğunu bildirib:
“ABŞ və bəzi bölgə ölkələri İŞİD-in məhv olmasını istəmirlər. Onlar öz pulları ilə İŞİD-i yaradıblar və indi onun İraqdan çıxmaması üçün çalışırlar”.
İran ABŞ-ın İŞİD terror təşkilatına birbaşa dəstəyinin sübutlarını dərc edəcək. Bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının məsləhətçisi Həmin Rza Moqadam Far deyib.
O həmçinin qeyd edib ki, terror təşkilatının yaradılmasının arxasında ABŞ-ın özü dayanır. Daha əvvəl – iyunun 11-də İran Silahlı Qüvvələrinin qərargah rəisinin müavini , general Mustafa İzadi bildirib ki, Tehran ABŞ-ın İŞİD-ə birbaşa dəstəyini göstərən sübutlara malikdir.
“ABŞ Yaxın Şərqdə Səudiyyə Ərəbistanını dəstəkləyərək regional güc balansını pozur”. Bunu İranın Nüvə enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehi Böyük Britaniyanın “Guardian” qəzeti üçün yazdığı məqalədə bildirib.
Məqalədə qeyd edilir ki, “təhlükəsizlik dilemması” İran və qərb ölkələri arasında nüvə sazişinin icrası yolunda əsas maneədir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya iyunun 22-də İŞİD terror təşkilatının mövqelərinə “Kalibr” raketləri ilə zərbələr endirib. Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik İŞİD mövqelərinə 6 raketin buraxıldığını bildirib. Raketlər Aralıq dənizindəki “Admiral Essen”, “Admiral Qriqoroviç” gəmiləri və “Krasnodar” sualtı qayığından buraxılıb.
Rusiya, Rusiya-Qərb münasibətləri
Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzadıb. Bu haqda Avropa İttifaqı Şurasının bəyanatında bildirilir. “Krım və Sevastopolun Rusiyaya qarşı qanunsuz birləşməsinə cavab olaraq qəbul edilən məhdudlaşdırıcı ölçülər 23 iyun 2018-ci il tarixinə qədər uzadılır”, - idarənin bəyanatında deyilir.
Avropa İttifaqı liderləri həmçinin Rusiya barəsində sanksiyaların müddətinin uzadılması barədə razılaşıblar. Daha əvvəl verilən xəbərə görə, Avropa İttifaqının bir neçə ölkəsi Rusiyaya qarşı sanksiyaların avtomatik uzadılmasına qarşı çıxır.
ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar iyunun 20-də 38 fiziki və hüquqi şəxs barəsində sanksiyaları tətbiq edib. Sanksiyaların altına Rusiya və Donbasın işğal altında olan ərazisindən 19 hüquqi və 19 fiziki şəxs, həmçinin Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nəzərov düşüb.
Sanksiyalar altına düşən təşkilatlardan biri də şəxsi hərbi şirkət olan “Vaqner qrupu”dur.
Sanksiyalar siyahısına həmçinin “Vaqner”in komandiri Dmitri Utkin də daxil edilib. 2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını şərh edib. Rusiyalı nazir növbəti məhdudiyyətlərin heç bir əsas olmadan tətbiq edildiyini deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ prezidenti Donald Tramp Milli Kəşfiyyat İdarəsinin direktoru Daniyel Kouts və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocersə onun komandası ilə Rusiyanın arasında əlaqələrin mövcudluğunu təkzib etməyi təklif edib. Bu haqda vəziyyətlə tanış mənbələrə istinadən CNN telekanalı bildirib.
Daha əvvəl KİV-in yazdığına görə, Tramp Kouts və Rocersdən Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırılmasına təsir etməyi xahiş edirdi. Trampın rəqibləri hesab edirlər ki, bu, prezidentin ədalətə mane olmaq cəhdidir və ABŞ-da cinayət hesab edilir.
Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezidentinin seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır.
NATO-nun F-16 qırıcısı iyunun 20-də Baltik dənizinin neytral sularının üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb. Məlumata görə, NATO təyyarələri Kalininqrada uçan Şoyqunun təyyarəsini müşayiət etmək istəyirdi. Rusiyalı nazir Su-27-lərdən ibarət dəniz aviasiyasının qırıcılarının mühafizə dəstəsi ilə uçurdu.
NATO-nun F-16 qırıcılarından biri Rusiya müdafiə nazirinin olduğu təyyarəyə yaxınlaşıb. Su-27 manevr edərək qanadlarındakı silahları NATO qırıcısına “göstərib”. Bundan sonra F-16 geri çəkilib.
ABŞ-ın “Vaşinqton Post” qəzeti sensasiyalı araşdırma dərc edib. Nəşrin yazdığına görə, keçmiş prezident Barak Obama ötən il Rusiya üçün hazırlanan “rəqəmli bomba” planını bəyənib.
Qeyd edilir ki, söhbət Rusiya infrastrukturunda yerləşdirilməsi planlaşdırıan kibersilahdan gedir. “Vaşinqton Post” bu silahı “bombanın rəqəmli ekvivalenti” adlandırıb. “Rəqəmli bomba”dan Birləşmiş Ştatlar və Rusiya arasındakı münasibətlərin gərginləşməsi halında istifadə edilə bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qlobal bazarların ən məşhur sərmayəçilərindən olan Cim Rocers Qərb dünyası üçün dəhşətli sayıla biləcək proqnozlar irəli sürüb. O, “Biznes İnsayder” qəzetinə müsahibəsində bir neçə il ərzində Qərb sisteminin tamamilə çökəcəyini söyləyib.
Məşhur sərmayəçi qeyd edib ki, bu ilin sonunda və ya gələn il bütün tarixin ən böyük böhranı baş verəcək. O, dünya böhranının 2008-ci ildə olduğu kimi heç gözlənilməyən bir ölkədən başlanacağını dilə gətirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İngiltərənin paytaxtı Londonda naməlum şəxs iyunun 18-də "Finsbury Park" məscidindən çıxan vətəndaşların üzərinə yük maşını sürüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Sürücü bununla da 4 iyul gecəsində London körpüsündə baş verən terror aktının ssenarisini təkrarlayıb. Sosial şəbəkələrdə isə İŞİD-in tərəfdarları artıq müsəlmanlara qarşı hücum üçün qisas almağa çağırıbar. Ekspertlər isə yeni terror aktlarının dalğasını gözləyirlər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukrayna
Ukrayna hakimiyyəti Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında hərbi vəziyyəti tətbiq etmək niyyətindədir. Bu haqda şəxsi mənbəyə istinadən “Kommersant” nəşri bildirib.
Qeyd edilir ki, hərbi vəziyyət Ukrayna prezidenti Pyotr Poroşenkonun administrasiyası tərəfindən hazırlanan yeni qanun layihəsi ilə müəyyən edilə bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukrayna və ABŞ arasında təhlükəsizlik üzrə razılaşma imzalana bilər. Bu haqda Ukrayna Ali Radasının spkeri Andrey Parubiy bildirib.
Onun sözlərinə görə, razılaşma ABŞ hərbi ehtiyatlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur.
“Razılaşma xüsusi əməliyyatların aparılması, birgə elmi-texniki layihələrin həyata keçirilməsi və hətta ABŞ hərbi ehtiyatlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur”, - parlament rəhbəri deyib.
Spikerin sözlərinə görə, ABŞ analoji razılaşmaları Yaponiya, Avstraliya və İsraillə imzalayıb. O qeyd edib ki, razılaşma qarşı tərəfə ən müasir müdafiə və hücum silahlarını almaq hüququ verir. Parubiy ümid etdiyini bildirb ki, Ukraynaya ABŞ silahının verilməsi haqqında məsələ yaxın vaxtlarda həll edilə bilər.
ABŞ-da səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev ABŞ-dan fantastik dəstək aldığını söyləyib. “Donald Trampın Rusiya Prezidenti Vladimir Putindən öncə bizimlə görüşməsi xüsusi əhəmiyyət daşıyır. Bu, Kiyevə informasiya ilə silahlanmağa imkan verəcək”, – deyə o bildirib.
Rusiya Donbasın işğal edilmiş ərazilərinə Penza vilayətindən hərbi bölmələr göndərib. Bu haqda brifinq zamanı Ukrayna Müdafiə Nazirliyinin anti-terror məsələləri üzrə sözçüsü, polkovnik Aleksandr Motuzyanik deyib.
Polkovnik qeyd edib ki, kəşfiyyatın məlumatına görə, hərbi bölmələr Debaltsevo və Qorlovkada yerləşdirilib. Hərbi bölmələrin tərkibinə artilleriya və topçu qüvvələri daxildir.
Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-a səfər edib. Poroşenko iyunun 20-də həmkarı Donald Tramp, vitse-prezident Maykl Pens, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının rəhbərləri ilə görüşüb.
Ukrayna prezidenti Trampla danışıqlardan sonra öz sevincini gizlətmirdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukrayna prezidenti Pyotr Poroşenkonun komandası Ukraynanın cənub-şərqində münaqişənin nizama salınmasında ABŞ prezidenti Donald Trampda maddi cəhətdən maraq oyatmaq üçün plan hazırlayıb. Bu haqda Ukrayna prezidentinin administrasiyasına yaxın mənbəyə istinadən Rusiyanın “Kommersant” nəşri yazıb.
“Bizim təkliflərimizin mahiyyəti ondan ibarətdir ki, Donbasda dağıdılmış infrastrukturun bərpası üçün müqavilələrin 90 faizi Amerika şirkətlərinə çatacaq. Amma bunun üçün, təbii ki, Donbasın Ukraynanın nəzarəti altına qaytarılması lazımdır. Bunun üçün isə Vaşinqton prosesə aktiv cəlb olunmalı və Tramp administrasiyası tərəfindən Moskvaya əlavə təzyiqlər göstərilməlidir”, - mənbə deyib.
O həmçinin əlavə edib ki, biznesmen olduğu nəzərə alınaraq, plan Trampa təqdim edilib.
Ukraynanın parlament bir sıra fraksiyaları, o cümlədən keçmiş baş nazir Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” Partiyası prezidentin impiçmentinin prosedurunu tətbiq etmək niyyətindədir. Müvafiq qanun layihəsi artıq Ali Radaya təqdim edilib və ona yaxın vaxtlarda baxılacaq.
Qanun layihəsinin qəbulu üçün 230 səs lazımdır. Bundan sonra isə o prezident Pyotr Poroşenko tərəfindən imzalanmalıdır. Qanun layihəsinin prezidentin imzası olmadan qüvvəyə minməsi üçün isə 300 səs (Ukrayna parlamenti 450 yerlikdir –red.) lazımdır.
Koreya böhranı
“Pxenyanın hərəkətlərinə Vaşinqtonun növbəti cavabı hərbi əməliyyatların başlanğıcı ola bilər”. Bu haqda Rusiya Elmlər Akademiyasının Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Batyuk deyib.
“Sanksiyalara gəlincə, onları sərtləşdirmək üçün artıq sadəcə yer yoxdur. ABŞ-ın bu ölkə ilə hər hansı ticarət əlaqələri yoxdur. Hansısa növbəti addımlar artıq müharibə elanıdır”, - ekspert bildirib.
O xatırladıb ki, ABŞ artıq “Amerika gücünün nümayişi üçün” Cənubi Koreyaya B-1 sinfindən olan bombardmançılarını yerləşdirib.
Əgər Çinin Şimali Koreyanın nüvə proqramı ilə bağlı səyləri uğursuz olsa, ABŞ burada savaşa başlayacaq. Bunu Astanada keçirilən Avrasiya forumunda çıxışı zamanı Avropa Komissiyasının keçmiş rəhbəri Joze Manuel Barrozu söyləyib.
“ABŞ hazırda Çinə böyük təzyiqlər edir. Məncə, artıq Pekin də bu təyziqlərin blef olmadığını anlayıb. Əgər Çin bu problemi həll etməsə, ABŞ Şimali Koreyaya girəcək”, – deyə o bildirib.
Xatırladaq ki, Şimali Koreya dünən qitələrarası ballistik raket üçün yeni mühərriki sınaqdan keçirib.
Ömər Dağlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO